“Bakıda dəhşətli zəlzələ olacaq” deyənləri hansı cəza gözləyir?

“Bakıda dəhşətli zəlzələ olacaq” deyənləri hansı cəza gözləyir?

Türkiyədə baş verən faciəvi zəlzələdən sonra əhali arasında qorxu və təşviş halları çoxalıb. 

İnsanlar hər an zəlzələ olacağını düşnür, ehtiyat tədbirləri görürlər. 

Bu vəziyyətdə sosial şəbəkələrdə “fəlakət ssenariləri” yazanlar da az deyil. Kimi Azərbaycanda da dəhşətli zəlzələnin olacağını iddia edir, kimi insanları ehtiyyatlı olmağa  səsləyir. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış media eksperti, hüquqşünas Ələsgər Əhmədoğlu insanların qorxusunun heç də yersiz olmadığını deyib: 

“Bu ictimai əhəmiyyətli hadisənin kölgəsində ölkəni gözləyən təhlükənin sorğulanmasıdır. Bakı altından fay xətti (qırılma xətti) keçdiyinə görə zəlzələ zonasıdır. 

Bu tip mühakimələr demokratik cəmiyyət üçün zəruridir. Cəmiyyətin diqqətini nəzarətsiz inşaata çəkmək üçün ifadə azadlığı bu tip mülahizələri qoruyur. Bunun cəzası olmaz, yoxdur”. 

Paytaxtda çoxmənzilli binalarda qanunsuz artırmaların edilməsi demək olar ki, ənənə halını alıb. Bu gün paytaxtın müxtəlif rayonlarında, xüsusən sovet dövründə tikilmiş binalarda bu hallara rast gəlmək olur. Bu hallar daha çox aşağı mərtəbələrdə qeydə alınır. Bu artırmalar həyətlərə, binların giriş-çıxışlarına sirayət etsə də, kimsə bu günə qarşı həmin tikililərin qarşısını ala bilməyib". 

Hüquqşünas Bakı şəhərindən çəkdiyi bəzi köhnə binaların fotolarını bölüşərək onların təhlükə mənbəyi olduğunu bildirib:

“Bu şəkilləri şəhərdə mən çəkmişəm. Bəli, zəlzələdə bu fəlakət doğurdan da “gəlirəm” deyir”. 






Fikirlər