Bazar ertəsi bu yollar bağlı olacaq - DYP-dən sürücülərə XƏBƏRDARLIQ
Dekabrın 12-də mərhum prezidentHeydər Əliyevin Anım Günü münasibətilə Bakı şəhərində bir sıra yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə AzerTaym.az .-a Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O bildirib ki, həmin gün səhər saat 08:00-dan tədbir tam başa çatanadək, Parlament prospekti Fəxri Xiyaban istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Vaqif Əsədovun sözlərinə görə, ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək. Buna səbəb isəanım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etməkdir.