Yeni “Moskviç“lərin istehsalına başlanılır ...
"Moskviç" zavodu üç ildən sonra yerli platformada yerli komponentlərdən hazırlanmış avtomobil istehsal edəcək. Yenisabah.az “Interfaks”a istinadla xəbər verir ki, bunu Moskva merinin nəqliyyat üzrə müavini Maksim Liksutov bildirib. Onun sözlərinə görə, bu göstəriş Moskva meri Sergey Sobyanidən gəlib. "Qarşımıza məqsəd qoymuşuq ki, avtomobil 2025-ci ilə qədər hazır olsun”, – deyə Liksutov vurğulayıb. Moskva Nəqliyyat Departamentinin mətbuat xidmətinin məlumatına görə, gələn il “Moskviç” təxminən 50 min yeni avtomobil istehsal edəcək.