““Formula 1” yarışları zamanı təcili tibbi yardım helikopterlərindən istifadə ediləcək”. 

Bu sözləri ANS PRESS-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib. O, qeyd etdi ki, yarışlar zamanı tibbi xidmətlərə ehtiyac yaranarsa, yollar bağlı olacağından helikopterlərdən istifadə ediləcək.

O, bildirdi ki, 1 saylı Kliniki tibbi mərkəzin ərazisinə helikopterlərin enməsi üçün meydança var. 

“Həmin meydança Fövqəlada Hallar Nazirliyi (FHN) tərəfindən də yoxlanılıb. Əgər fövqəladə hallar baş verərsə, o zaman həmin helikopterlər FHN-nin dayanacağından qalxacaq. Zərərçəkənlər 1 saylı kliniki tibbi mərkəzə gətiriləcəklər ”, -deyə nazirlik rəsmisi bildirib. 

Liya Babayevanın sözlərinə görə, helikopterlərin içərisində reanimasiya şöbəsi var. “Müxtəlif vaxtlarda bu helikopterlərdən istifadə edilib”.

Bu helikopterlər AZAL-a məxsusdur.



AZAL-dan ANS PRESS-ə verilən məlumata görə, helikopterlər təcili tibbi yardım maşınlarının hərəkət edə bilmədiyi məkanlarda baş verən qəzalarda zərərçəkənlərin xəstəxanaya çatırılması üçün istifadə edilir. Bu helikopterlər neftçilərə də tibbi xidmət göstərir. Hazırda Azərbaycanın 2 təcili tibbi yardım helikopteri var. 

2015-ci ilin iyun ayında Azərbaycandan keçirilən Avropa Oyunları zamanı təcili yardım helikopterlərindən istifadə olunması nəzərdə tutulurdu. 

Azərbaycana məxsus AgustaWestland-139 helikopterləri saatda 311 km sürət yığır. AgustaWestland-139 iki mühərrikli yeni nəsil orta sinfi təmsil edən helikopterlərdəndir.


AgustaWestland-139 helikopteri


AW-139 ekonomik göstəricilərə, yüksək uçuş-texniki xüsusiyyətlərə, çoxfunksionallığa və yüksək dözümlülüyə malik olan helikopterlərdən sayılır. Adıçəkilən helikopter maksimum 15 sərnişini yüksək sürətlə rahat daşıya bilər. 

I Avropa Oyunları zamanı Azərbaycana əlavə olaraq 100 təcili yardım maşını fəaliyyət göstərib. 2016-cı il Formula 1 Avropa Qran-Prisinın 17-18-19 iyun 2015-ci ildə keçirilməsinəzərdə tutulub. 



AgustaWestland-139 helikopterində tibbi xidmət


Qran Pri zamanı ümumilikdə Bakıya 11 min xarici azarkeşin gəlişi gözlənilir. Yarış 1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir. (Azərtaym.az)