Gülnar ERMƏNİ QIZA görə öldürülüb? — Qatil ərin dəhşətli cinayətləri

Gülnar erməni qıza görə öldürülüb? — Qatil ərin dəhşətli cinayətləri

Gülnar Həbibovanın Rusiyanın Sankt-Petrburq şəhərində həyat yoldaşı Samir Həbibov tərəfindən amansızlıqla qətlə yetirilməsi yerli və Rusiya mətbuatının gündəmini zəbt edib. 


Yayılan ən son məlumata görə, 23 yaşlı arvadını öldürən Samir Həbibov yüksək məbləğdə pul ödəyərək şərti azadlığa çıxıb. 

Qeyd edək ki, Samir Həbibov istintaqa verdiyi açıqlamada Gülnar Həbibovanı bilərəkdən öldürmədiyi deyib. Hadisəni etiraf edən qatil ər həyat yoldaşını öldürdükdən sonra qardaşının köməkliyi ilə onu velosipedlə meşəyə apararaq, orada basdırıb.

 AzerTaym.az bildirir ki, azvision.az Gülnar Həbibovanın qatil əri Samir Həbibovla bağlı sensasiya sayılacaq məlumatlar əldə edib.

Həbibovun adının mətbuatda çəkilməsini istəməyən qohumlarının bildirdiyinə görə, Gülnar Həbibovanın qətli Samirin ilk cinayəti deyil. O, bundan öncə də yaxın münasibətdə olduğu xanımın qətlində ittiham edilərək həbs olunub.

Məlumata görə, S.Həbibov bir neçə il bundan öncəyədək Rusiyada tanınan Abramyan adlı erməni aktyorun nəvəsi ilə sevgi münasibətində olub. 

Qohumlarının sözlərinə görə, S.Həbibov 2003-cü ildə erməni qızı qətlə yetirdiyi üçün həbs olunub: "Samir əvvəllər də cinayət törədib. O, Abramyan adlı bir erməni aktyorun nəvəsi ilə uzun müddət sevgili olub, 2003-cü ildə həmin qızı öldürüb. Samir erməni qızın meyitini maşında saxlayıb. Bu hadisənin üstü açılandan sonra Samiri həbs etdilər. O, 6 ildən sonra 2009-cü ildə azadlığa çıxdı. Samir həbsdən çıxandan sonra ailəsi bu hadisəni unutdurmaq üçün onu evləndirməyə qərar verdi. Gülnar Həbibova onunla ailə qurana kimi Samirin həbsdə olmasından, sevgilisini öldürməsindən xəbərsiz olub. Gülnarın ailəsi də bunu indəyədək bilmir. Samirin psixoloji problemləri olub. Normal insan günahsız yerə öz həyat yoldaşı niyə öldürsün ki?".

Qohumlarının bildirdiyinə görə, Gülnar qətl hadisəsi baş verməmişdən bir neçə gün öncə Samirin hazırda başqa bir erməni qızla münasibətdə olduğunu, hətta ondan uşağının olduğunu öyrənib. Bundan sonra onlar arasında dava baş verib. 

"Samir Gülnarla ailə qursa da, həmin erməni qızla münasibətdə olub. O, Gülnarı Samirə qısqanırmış. Bunun üstündə onların evlərində dava düşüb. Bu zəmində Samir Gülnarı qətlə yetirib. Çox güman ki, Samir erməni sevgilisinin tapşırığı ilə Gülnarı öldürüb. Samirin ailəsi də yaxşı bilir ki, Gülnar erməni qıza görə öldürülüb", - deyə Həbibovun qohumları bildirib.

S. Həbibovun Lənkəranda yaşayan əmisi Zakir Həbibovla əlaqə saxlayaq hadisə ilə bağlı onun fikirlərini öyrənməyə çalışdıq. O, qətldə Samirin günahkar olduğunu deyib.

"Kim istəyərdi ki, belə bir hadisə olsun? Biz Gülnarın ölümünə görə çox pis olmuşuq. Onun heç bir günahı yox idi. Samir bilmirik nəyə görə belə addımı atıb. Bu hadisədən sonra utandığımızdan insanların üzünə baxa bilmirik"






Fikirlər