Yaşıl çayın bu faydalarını bilirsiniz? - Həkim MƏSLƏHƏTİ
Doktor Qüdrət Qəhrəmanovun tibbi məsləhətlərinin təqdimatı davam edir. Q.Qəhrəmanov 2005-də Azərbaycan Tibb Universitetini bitirib. Sonra 2 il Sankt-Peterburq Tibb Akademiyasında ümumi cərrahiyyə üzrə ordinatura keçib. Laporoskopik və endokrin cərrahiyyə üzrə Türkiyə Heydərpaşa Xəstəxanası, Ankara Ulus Dövlət Xəstəxanası, Hacettepe Universitetlərində kurslarda olub, müxtəlif cərrahi kongreslərdə iştirak edib. Hazırda Modern Hospitalda ümumi cərrahdır. Yaşıl çay kalorini artırmağa təsirlidir Bildiyimiz kimi, "Maddələr mübadiləsini sürətləndirmək" günümüzün məşhur mövzuları arasında yer alır. Çünki maddələr mübadiləsinin sürətlənməsi üçün gün içində idmanla məşğul olmadan xərclənən kalori miqdarını artırmaq olar. Maddələr mübadiləsini sürətləndirici çaylar arasında yaşıl çay, darçın çayı, zəncəfil çayı xüsusi fərqlənir. Yaşıl çay hələ qədim zamanlardan bəzi xəstəliklərə qarşı dərman kimi istifadə edilib. Bu çay sağlamlıq və cavanlıq iksiri kimi də qəbul olunur.
Çünki, kilolardan azad olmaq üçün nizamlı məşq etmək üçün kifayət qədər vaxt qalmır.
Bu baxımdan maddələr mübadiləsini sürətləndirən çay və ya yeməklərdən istəyə uyğun istifadə etmək olar.
Qeyd edək ki, yaşıl çay insana enerji gətirir, heyvan yağlarını əridir, həzm sisteminə müsbət təsir göstərir.
Xeyirli xüsusiyyətləri ilə yanaşı, yaşıl çay dadı və görünüşü ilə də cəlb edir.