Qarabağ əlili özünü yandırdı
Qarabağ müharibəsi əlili Sumqayıtda özünü yandırıb. AzerTaym.az Virtualaz.org-a istinadən xəbər verir ki, Cəmil Məmmədov yol polisi əməkdaşlarının onun avtomobilini cərimə meydançasına aparmalarına etiraz əlaməti olaraq üstünə benzin töküb və özünü yandırıb. Hazırda o, bədəninin 80 faizi yandığı üçün 5 saylı xəstəxanaya yerləşdirilib.