Beyninizi bunlar qocaldır
Bədənimizin ən vacib orqanı olan beynimizin daha tez qocalmağını heç kim arzulamaz. Ancaq bəzi risk faktorları var ki, onlardan uzaq duraraq beynimizə yaxşılıq edə bilərik. AzerTaym.az həmin 15 risk faktorunu təqdim edir: 1. Ailənizdə Alzheimer (alzaymır) xəstəliyi, yaxud hər hansı demensiya (ağılın zəifləməsi, bilik və vərdişlərin itirilməsi) xəstəsi varsa, 2. Ailənizdə uzun illərdir şizofreniya, yaxud depressiyadan əziyyət çəkən varsa, 3. Nə vaxtsa özünüzə şizofreniya və depressiya diaqnozu qoyulubsa, 4. Yaddaş itkisinə səbəb olan travma yaşamısınızsa, 5. Uzun müddətdir içki içirsinizsə, 6. Şəkərli diabet, təzyiq və yüksək xolesterolunuz varsa, 7. Siqaret çəkirsinizsə, 8. Ürək-damar xəstəliyiniz varsa, yaxud nə vaxtsa infarkt keçirmisinizsə, 9. Nə vaxtsa beyin-damar xəstəliyi yaşamısınızsa, 10. Qalxanabənzər vəziniz (nəfəs borusunun və qırtlağın önündə yerləşir) yaxşı işləmirsə, 11. Anemiya (qan azlığı) varsa və qanınızda B12 vitamini azdırsa, 12. Həftədə 2 dəfə olmaqla 30 dəqiqədən az idman edirsinizsə, 13. Duz və karbonhidratlı qidalar çox yeyirsinizsə, 14. İşlədiyiniz yerdə və ya evdə yeni şeylər öyrənmirsinizsə, 15. Kitab oxumursunuzsa, beyniniz risk altındadır. (deyerler.org)