Türkiyədə 4,5 milyon əcnəbi “yoxa çıxıb”: Təmizlikçi ermənilər, çayçı azərbaycalılar…
Qaçaq qocaqlar... Türkiyədə son illərin problemlərindən biri də burada qeyri-qanuni çalışan xarici ölkə vətəndaşlarıdır. Demək olar ki, artıq bu problemin qarşısını almaq üçün çalışan polis də istənilən nəticəni əldə edə bilmir. İstanbul sərbəst Muhasib Maliyyə Müşavirilər Birliyinin sədri Yahya Arıkan deyir ki, onların araşdırmalarının nəticəsi heç də ürəkaçan deyil: “Türkiyəyə gələn xarici vətəndaşların giriş-çıxışı arasında böyük fərq olur. Son iki ilin statistikasına görə, ölkəyə 271 milyon 232 min 722 xarici vətəndaş gəlib. Amma ölkədən çıxan xaricilərin ümumi sayı 266 milyon 702 min 209 nəfər olub. 4,5 milyona yaxın xarici vətəndaş Türkiyədə “yoxa çıxıb””. Təmizlikçi ermənilər "Ev təmizliklərinə gedirəm. Gündəlik qazancım var. Buna görə niyə məni deportasiya etsinlər?". Baxıcı gürcülər Suriyadan gələnlərdən isə iş izni istəyən yoxdur. Onlara savaş ölkəsindən pənah gətirdikləri üçün mümkün qədər şərait yaradılır. Çalışma və Sosial Güvənlik Nazirliyinin şobə müdürü Nurcan Öndər isə deyir ki, son illər qeyri-qanuni çalışan işçilərin sayı sürətlə artır.
Yahya Arıkanın sözlərinə görə, iş sahibləri qaçaq işçiləri çalışdırmaqla dövlətdən vergi və sıgorta pulunu yayındırlar. Bu cür qeyri-qanuni qazanc iş sahiblərinə ildə 1 milyard lirə qazandırır:
“Qaçaq çalışan işçilər aşagı maaş almaqla yanaşı, heç bir sosial güvənə də sahib deyillər. Bu insanlar toplanıb bir ev tuturlar. Bəzən ikiotaqlı evdə 10 nəfər qalır. Bu işçilər 250-400 dollar arasında maaş alırlar”.
Muhasib Maliyyə Müşavirilər Birliyinin siyahısına görə, qanunsuz çalışan işci sayı ölkələrə görə belə bölünür: Gürcüstan, Suriya, Ermənistan, Azərbaycan, Rusiya, Banqladeş.
İlk üçlüyü bölüşən ölkələrin vətəndaşlarını tapmaq çətin olmasa da, danışmaq istəyənlər az da olsa var.
Əvvəla İstanbul Kumkapı səmtində yaşayan ermənilərin məhəlləsinə gedirik. Burada Türkiyə vətəndaşı olan ermənilərlə yanaşı, xeyli sayda sonradan yerləşənlər də var. Annev Gevorkyan ailəsi ilə 4 il əvvəl İstanbula gəlib. Oturum izni var və vətəndaşlıq almaq üçün dövlətə müraciət edib. Ona görə də daha ürəkli danışır. Deyir ki, iş izni olmasa belə, rahatdır:
Annahir Kandaryan isə idman müəllimidir. O da İstanbula 11 il əvvəl gəlib. İzinsiz çalışır. 11 ildə bir dəfə də olsun polisə yaxalanmayıb.
Gürcüstandan gələnlərin çoxu isə qadındır. Onlar ev təmizliyi, xəstə baxıcılıgı edir. Türklər gürcü baxıcılara daha çox etibar edirlər. Yaxınlarının birinin evində yaşlı anaya baxan Tamuna Kalidze 7 ildir İstanbuldadır. Gəldiyi gündən yaşlı anaya baxıcılıq edir. Burda ona Tülin adını qoyublar:
"Mən evdən yalnız bazar günləri çıxıram. O günlər baxdıgım insanların övladları gəlir və mən axşam saatlarına qədər azad oluram. Mənə oturum izni alınıb. Amma iş izni alınmayıb. Buna gərək oldugunu da sanmıram”.
Çayçı azərbaycalılar
Azərbaycanlılar isə müxtəlif işlərdə çalışır. Maşın təmiri, çayçı və çoxluq alver edir. İzinsiz çalışanaların çoxuna elə öz həmvətənlərimiz rəhbərlik edir. Məsələn, böyük bir iş yeri açılıb. Orda çalışan 10 nəfərə iş izni alınıb. Amma kiçik iş görənlər (çay paylayanlar, maşın yumaq üçün su daşıyan və bu tipli iş görənlər) qeyri-qanuni çalışanlardır.
Murad Zeynalov çayçılıq edir. Deyir ki, kilometrlərcə yolu gəlib burda çayçılq etməsinə təəccüblənənələr:
"Ölkəmdə iş olsa bura gəlməzdim. Bizdə çayçıya gündə ən çox 10 manat veririlər. Burda hər gün 50 lirə alıram. Üstəlik yeməyim də pulsuzdur. Deyirlər iş izni alın. Amma bu izni asan olsa, alardıq. Nə qədər dayana bilsək, çalışacam. Sonrasını bilmirəm".
Şakir Qədimovsa satıcıdı. O da qaçaqdı. Ona görə də tez tez iş yerini dəyişməli olur.
"Hər gün qorxu ilə yaşayırsan. Amma hələ ki işləyirik. Burda şərtlər qane edir. Həftəlik 200 dollar alıram. Üstəlik də hər gün yemək pulu. Bu şəraiti mənə ölkəmdə yaratsalar, ailəmi uşagımı orda qoyub burda polslərlə qaçdı-tutdu oynamazdım".
Gürcüstandan gələnlər daha asanlıqla iş izni ala bilir və bu prosedur onlar üçün sadələşdirilib. Amma iş verənlər vergi və sıgortadan yayınmaq üçün bu qaydalara əməl etmirlər. 3 ay oturum izni olmadan turust kimi Türkiyədə qalma hüququ olan gürcülərin bura axını başlayıb. Buna səbəb isə türklərin ev işlərində və xəstə baxıcılıgında gürcülərə üstünlük verməsidir. Amma nazirlik bu artımın qarşısını almaq üçün müəyyən qadagalar qoyub. Artıq yaşlı və xəstəyə baxanların azyaşlı uşagı yoxdusa, onlara iş izni verilməyəcək. Bu qaydaların tətbiqindən sonra isə 5.911 qaçaq gürcü işçi müəyyənləşib.
Araşdırmalar zamanı tikinti sektorunda 20 minə yaxın erməni qaçaq işçinin çalışdıgı məyyənləşib. Bundan başqa isə müxtlif işlərdə qeyri-qanuni çalışan 827 nəfər azərbaycanlı işçi aşkarlanıb. Qnunsuz işçi çalışdıranları da, çalışanları da agır cəza gözləyir. Qeyri-qanuni yolla işləyən xarici vətəndaş 731 türk lirəsi, bu işçiləri çalışdıran sahibkar isə hər işçiyə görə 7.325 türk lirəsi cərimələnir.