“Pampers”in tərkibində xərçəng törədən maddələr aşkarlandı
Yalnız Bakıda deyil, dünyanın hər yerində ən populyar uşaq bezi markalarından olan “Pampers”in tərkibində kanserogen (xərçəng xəstəliyi törədən) maddələr aşkarlanıb. Virtualaz.org “The Local” nəşrinə istinadən xəbər verir ki, bunu “Asef” assosiasiyasının mütəxəssisləri bildiriblər. Məlum olub ki, sözügedən uşaq bezlərinin tərkibində gələcəkdə dəri, sidik kisəsi, qaraciyər və mədə xərçəngi törədə biləcək toksiki birləşmələr mövcuddur. Bu birləşmələr uşaq bezlərinə körpələrin hissiyyatlı dərisini mühafizə etmək və qıcıqlanmanı aradan qaldırmaq xatirinə əlavə olunmuş maddələrin tərkibinə daxildir. Assosiasiyanın rəhbəri Lüdvin Ferrer deyib ki, həmin kanserogen birləşmələr körpənin bədəninin ən zərif hissələri ilə az qala 24 saat ərzində kontaktda olur.