Tariximizin günümüzdə əks-səda verən ağrıları:Mirzə Ələkbər Sabirin “Fəhlə, özünü sən də bir insanmı sanırsan?!” şeiri
Fəhlə, özünü sən də bir insanmı sanırsan?! Pulsuz kişi, insanlığı asanmı sanırsan?! İnsan olanın cahü cəlali gərək olsun, Hər məclisi-alidə soxulma tez arayə, Fəqr ilə ğina əhlinə kim verdi müsavat? Get vur çəkicin, işlə işin, çıxma zeyindən, Dövlətliyik, əlbəttə, şərafət də bizimdir, Asudə dolanmaqda ikən dövlətimizdən, Azğınlıq edirsiz də hələ nemətimizdən, Heç bir utanırsan?!
İnsan olanın dövləti, mali gərək olsun,
Himmət demirəm, evləri ali gərək olsun;
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Sən dur ayaq üstə, demə bir söz ümərayə,
Caiz deyil insanca danışmaq füqərayə,
Dövlətlilərə kəndini yeksanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Mənadə də, surətdə də var bunda münafat,
Öz fəzlini pulsuz edəməz kimsəyə isbat,
Bu mümtənəi qabili-imkanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Məqsud müsavat isə ayrılma ceyindən,
Var nisbətin ərbabi-ğinayə nə şeyindən?
Bir abbası gün muzdunu milyanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Əmlak bizimdirsə, əyalət də bizimdir,
Divan bizim, ərbabi-hökumət də bizimdir,
Ölkə dərəbəylik deyə xan-xanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Boylə çıxacaqsızmı bizim minnətimizdən?
Ehsanımızın küfrünü şükranmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!
Ya bir usanırsan?!
Əlminnətü-lillah,
Odlara yanırsan?!