Paytaxtda 36 metrlik yolka quruldu - FOTOLAR
Paytaxtda Yeni il bayramına hazırlıq işləri davam etdirilir. “Qafqazinfo” xəbər verir ki, bayram ərəfəsində paytaxtın ən böyük yolkası bu il Dənizkənarı Bulvar ərazisində quraşdırılmaqdadır. Artıq metal konstruksiyanın üzərinə süni yaşıllıq çəkilib. Hazırda yolkanın işıqlarla bəzədilməsi prosesi davam edir. Dənizkənarı Bulvar İdarəsinin kommunal xidmət, təmir və mühafizə müəssisənin direktoru Rafael Niftəliyev açıqlamasında bildirib ki, bu il bulvar ərazisində iki yolka quraşdırılır: “Bunlardan birinin hündürlüyü 36 metr, digərininki isə 22 metrdir. Yolka artıq qurulub. Zər işləri isə iki günə başa çatacaq. Bundan əlavə, bulvarda ağacların bəzədilməsi və işıqlandırılması prosesi də başa çatmaq üzrədir. Bayram günlərində insanların bulvar ərazisində rahat və təhlükəsiz istirahətini təmin etmək üçün növbəli sistem əsasında 24 saat əhalinin mühafizəsi təmin olunacaq. İnsanlar istədiyi şənliyə qatıla, istirahət edə bilərlər”. Qeyd edək ki, hər il paytaxtın ən hündür yolkası Azadlıq Meydanı ərazisində quraşdırılırdı. Bu il “Formula 1” yarışları ilə əlaqədar həmin ərazidə yolka quraşdırılmayacaq. AzerTaym.az