Ürək infarktının tətikçilərindən biri - bağırsaq bakteriyaları - Mütəxəssis ŞƏRHİ
Qulağa yaxşı gəlməsə də bağırsaq bakteriyaları anadan olduğumuz gündən ta ölənə qədər bizimlə yaşayır və sağlamlığımızda çox mühüm rollar oynayır. Son vaxtlar elm aləmində bağırsaq bakteriyalarını tədqiq etməyə maraq artıb. Ürəklə əlaqəsi olan tədqiqatlar da var. Bağırsaqda yaşayan bakteriyaların insan sağlamlığında oynadığı bəzi müsbət rollara diqqət yetirək; 1) zərərli mikroorqanizmaların bağırsağa yerləşməsini əngəlləyir, 2) həzm sisteminin həzm edə bilmədiyi qida artıqlarını parçalayaraq faydalı maddələrə çevirir, 3) insanın immunitetini gücləndirir, 4) beyinlə birlikdə insanın zehni, ruhi davranışlarını kontrol edir və s. Bağırsaqda yaşayan bakteriyaların zərərli olan çox cüzi bir hissəsi fürsət düşəndə insanı xəstələndirir. Məsələn, bir insan “soyuqdəyməm var” deyib, lazımsız yerə, həkimlə məsləhətləşmədən antibiyotik qəbul edərsə, bağırsaqdakı faydalı bakteriyalar ölür, xəstəliktörədici bakteriyalar üçün şərait yaranır. tədqiqatçıları tərəfindən 24.04.2017 tarixində yayınlanmış bir məqalə oxudum. (“Circulation” jurnalı sanballı jurnaldır, biz kardioloqlar orada yazılanlara inanırıq). Məqalədə deyilir ki, əsasən yumurta sarısı, qırmızı ət və işlənmiş ət məhsulları kimi qidalar bağırsaqda həzm olunarkən orada yaşayan bakteriyalar bu qidaları parçalayaraq “trimetilamin N- oksid (TMAO)” adında bir maddə sintez edirlər. TMAO maddəsi qana keçərək qanı qatılaşdırır və trombosit (qanı laxtalandıran hüceyrə) adındakı qan hüceyrələrinin laxtalanma qabiliyyətini artırır, yəni nəticədə qan laxtalanmağa meyilli olur. Qan laxtalanmağa meyilli olanda ürəyin səthindəki tac damarlarında anidən tromb (qan laxtası) əmələ gələrək damarın içini tıxayır, nəticədə ürək infarktı yaranır. Eyni hadisə beyin damarlarında da ola bilir və ona insult (beyin qan dövranının pozulması) deyilir. Tədqiqatçılar 2 nəticəyə gəliblər. Birincisi, qanda TMAO adındakı maddəni analiz edərək, yəni səviyyəsini ölçərək ürək infarktı və insult riskinin kimlərdə yüksək olduğunu tapmaq olar. İkincisi, müalicəsi də asandır: qorunmaq üçün aşağı dozada aspirin dərmanı qəbul etmək TMAO maddəsinin zərərli təsirlərini ortadan qaldırır. Bu tədqiq heyvanlar üzərində aparılmışdır, insan üzərində isə 1-ci dəfədir. Nəticələr gələcəkdə iri araşdırmalarda öz təsdiqini tapana qədər indi bəzi qabaqlayıcı tədbirlər görmək olar. Kimə aspirin müalicəsi yazılıbsa, onu mütəmadi qəbul etmək lazımdır. Aspirinin xeyri çox idi, biri də bu tədqiqat ilə ortaya qoyuldu. Digər profilaktik bir tədbir isə qidalanma tərzidir. Araşdırmadan göründüyü kimi TMAO maddəsi çox yumurta, qırmızı ət və işlənmiş ət məhsulları, qaraciyər ilə qidalananlarda yüksək çıxır. Belə qidaları nisbətən az yemək qanda TMAO səviyyəsini azaldacaq və ürək infarktı, insult riskində yaxşılaşma olacaq. Təxminən 1 il əvvəl “Ürəyin dostu: Aralıq dənizi mətbəxi” başlıqlı yazımızda qidalanma tərzi haqqında məsləhət vermişdik. Yumurta, qaraciyər, ət məsələlərinə deyinmişdik. Yuxarıda bəhsi keçən tədqiqatdan sonra eyni məsləhətlər yenə keçərlidir. Vüsal Vəliyev, kardioloq
Bu yaxınlarda kardiologiya elminin nüfuzlu jurnallarından hesab edilən “Circulation” adlı jurnalda ABŞ-ın Klivlənd klinikasının
[email protected]