Azərbaycanda bu TƏHLÜKƏLİ xəstəlik DAŞIYICILARI bəzən qeydiyyata alınmır – TƏHLÜKƏ

“Vərəm xəstəliyinə yoluxan bəzi şəxslər rəsmi qeydiyyata düşmürlər, bu da düzgün addım deyil. Deyirlər ki, qeydiyyatda olsam, qonşu, qohumlar biləcək. Biz bu streotipləri qıra bilməmişik.

Təəssüflər olsun ki, bəzi həkimlər də rəsmi qeydiyyatı olmayan vərəm xəstələrini müalicə edirlər. Bununla bağlı məsuliyyət müəyyən etməliyik ki, həkimlər xəstələri rəsmi qeydiyyata saldırmadan müəlicə etməsinlər. Çalışmalıyıq ki, xəstələr rəsmi qeydiyyata düşsünlər”.

Modern.az-ın məlumatına görə, bunu parlamentdə keçirilən “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycan Respublikasında vərəmlə mübarizə” mövzusunda dinləmədə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, vərəm xəstələrinin qeydiyyata alınmadan müalicəsinin aparılması bu müalicənin sistemsiz olmasına və sonda xəstələrin vərəmin daha ağır forması olan dərmana davamlı vərəm xəstəsi olmasına gətirib çıxarır.

Vərəm xəstələrinin qeydiyyatının olmaması çox ağır problemdir. Bu problemə daha çox kənd yerlərində rast gəlinir. Bəzən həkimlər xəstələri qeydiyyata almadan müalicə edirlər. Həkimlərə qarşı bir cəza olmalıdır ki, onlar xəstələri rəsmi qeydiyyata almadan müalicə etməsinlər, heç bir tibb müəssisəsi bu addıma əl atmasın. Həkimlərimiz bunun məsuliyyətini başa düşməlidirlər”. 






Fikirlər