“SƏBA” KƏRƏ YAGI istehsalından bəzi FAKTLAR yayıldı - VİDEO

“Səba» şirkəti istehsal etdiyi kərə yağı ilə bağlı bir neçə maraqlı fakt açıqlayıb

Şirkət bununla bağlı videoçarx hazırlayıb.

Bu faktlardan bəziləri, məsələn, yağlılıq faizi, saxlama müddəti kimi məlumatlar hər bir “Səba” kərə yağının üzərində olsa da,  bəziləri istehsalın görünməyən hissəsində qalır. Xüsusi diqqəti cəlb edən faktlardan biri, xalis kərə  yağının rənginin mövsümi xarakter daşımasıdır. Belə ki, yağın rənginin niyə bəzən açıq sarı, bəzən də sarı olması istehlakçılarda maraq doğurur. Videoçarxdan belə məlum olur ki, yalnız mal-qara yaşıl ot yeyən vaxtlarda – yaz aylarında kərə yağının rəngi sarı olur. Oxucularımız üçün də maraqlı olacağını nəzərə alıb, «Səba» kərə yağında istehlakçıların bilməli olduğu 7 faktı diqqətinizə çatdırırıq.

 “Bunlar kərə yağı istehsalı ilə bağlı istehlakçılar üçün daha maraqlı olacağını düşündüyümüz faktlardır. Amma “Səba” kərə yağının yüksək keyfiyyətini təmin edən təkcə bu 7 fakt deyil. 27 litr süddən 1 kq yağ almağımız, fermerlərdən topladığımız südün hansı yağlılıqda olması, südün tərkibində antibiotiklərin olmaması, qaymaq yığıldıqdan sonra süddən qalan mayedən necə istifadə edilməsi kimi  başqa maraqlı faktlarımız da var ki, bu faktlar həm məhsulun keyfiyyətini, həm də istehsalatın özəlliyini təşkil edir. Qrşıdakı aylarda “Səba” süd məhsulları müəssisəsinə planlaşdırdığımız tanışlıq turlarında istehlakçılar özləri bu prosesi müşahidə edə biləcəklər” – “Səba” şirkətindən belə bildiriblər.

VIDEO






Fikirlər