Deputatı kənddən qovdular - Qaxda insident
Qeyd edək ki, Azər Kərimli bu dəfə də namizədliyini 112 saylı Qax seçki dairəsindən verib.
Buna səbəb 5 ildir deputat olan və Qaxa yalnız seçkidən-seçkiyə gələn Azər Kərimliyə nifrətin pik həddə çatmasıdır.
Bu haqda azxeber.com-a yerli sakinlər məlumat verib. Belə ki, dünən Qaxın Əlibəyli kəndinə görüşə gedən deputatı yerli sakinlər "lapatka" ilə qarşılayıblar. Əsasən gürcülərin yaşadığı kənd kimi tanınan Əlibəyli kənd sakinləri deputata "Bizim sənin kimi deputatımız yoxdur, sən bu kəndə girməyəcəksən, rədd ol burdan" deyərək Azər Kərimlini kənddən qovublar.
Deputatı görüş zamanı müşaiət edən icra hakimiyyətinin nümayəndələri və bələdiyyə sədri işə qarışıb, əhalini sakitləşdirə bilib.
Azər Kərimlinin isə seçiciləriylə görüşmək planı baş tutmayıb.