Tibb elmləri doktoru, professor Aleksey Kovalkov bəzi ürək-damar xəstələri və yaşlı insanlara pomidorla bağlı vacib tövsiyə verib. O, pomidoru süd məhsulu və pendirlə yeməyin zərərli olmasından danışıb.
Medicina.az xəbər verir ki, professorla pendirlə pomidoru birgə yeməyin damar divarlarına duz çöküntüsü verdiyini deyib.
“Əgər həftədə bir dəfə pomidoru ağ və ya mosarella pendiri və zeytun yağı ilə qarışdırıb, yunansayağı salat edib yeyirsizsə, yeyin. Yox əgər hər gün pomidorla pendir süfrədədirsə, o zaman bu kalsimun bədənə sovrulmasına mane olacaq, pomidorda olan duzlar kalsiumun damarlarda çökməsinə səbəb olacaq. Bu isə ürək-damar xəstələri üçün təhlükəlidir.
Orqanizmdə artıq kalsiumun çökməsi ürək tutması riskini artırır”.
Xüsusən axşam və gecə pomidorla pendir yemək olmaz.
Şəkər və təzyiq xəstələri xüsusən diqqətli olsun.