Rahat yatmaq üçün 6 vasitə (FOTO)
Tez yuxlamaq üçün ən ideal vasitələr
ANS PRESS sizə yuxuya getməyinizi asanlaşdıracaq 6 üsul təqdim edir. Tövsiyyə edilən bu içkiləri yatmazdan əvvəl içməklə yuxu probleminizi aradan qaldıra bilərsiniz.
1.Vanilli süd
İşəcəyiniz 1 stəkan südə vanil çubuğu əlavə edin. Vanilin sakitləşdirici xüsusiyyəti yuxuya getməyimizə kömək edəcək.
Zövgə görə, vanillə birgə çubuq darçından da istifadə oluna bilər. Bu içki yatmazdan yarım saat əvvəl qəbul edilməlidir.
2.Mədəni rahatlaşdıran nanəli çobanyastığı çayı
Bu iki bitkidən təşkil olunmuş ləzzətli çay yuxudan əvvəl həm mədənizdəki yeməklərin həzm olunmasına kömək edəcək, həm də sinirlərinizi sakitləşdirəcək. Nanənin ətrindən xoşunuz gəlmirsə çayınıza 1-2 çay qaşığı bal əlavə edə bilərsiniz.
3. Təzə sıxılmış albalı şirəsi
Tərkibində olan yüksək melatonin sayəsində albalı və gilas suyu yuxu gətirməklə yanaşı yuxunun keyfiyyətini də artırır.
Kiçik bir məsləhət: 20 gilas və ya albalı dənəsi 1 kasa qatıqla blenderdən keçirib yesəz daha tez yuxuya gedə bilərsiz.
4. Pişikotu
20 q. pişikotunu 5 q. razyana, 5 q. zirə və 20 q. nanə qurusu ilə qarışdırın. Qarışımdan 1 çay qaşığı götürərək üzərinə 1 stəkan qaynar su töküb dəmləyin. Bu məhlul yuxu gətirən ideal vasitələrdən biridir. Zövgə görə bal da əlavə etmək olar.
5. Ballı süd
6. Bananlı süd