Parlament seçkilərinin nəticələri təsdiqləndi
Konstitusiya Məhkəməsi V çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsini təsdiq edib.
Müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib.
Qərara əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 18-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib.
APA.az