HƏR GÜN YEDİYİMİZ ASPARTAM ZƏHƏRİ– HƏŞƏRATLARI ÖLDÜRƏN MADDƏ QİDAMIZDA

Məşhur həkim və naturopat Füzuli Hüseynov bu gun qarşısına çıxan reklamdan qaynaqlanaraq hər gün qidalarla bədənimizə daxil olan Aspartam adlı zəhərli maddə ilə bağlı ilginc açıqlama verib.

AzerTaym.az Medicina.az-a istinadən həkimin həmin açıqlamasını təqdim edir. 
"Səhər işə gələndə önümdə gedən avtobusun üzərində belə bir reklam gördüm: Aspartamsız saqqız. Diqqətimi çəkdi. Amma təəssüf ki, bizim insanlar bunu oxusalar da bilməyəcək ki, aspartam nədir və bu saqqızın özəlliyi nədir.
Aspartam dünyada məşhur və bizim də içdiyimiz içkilərin, reklam olunan diş pastalarının, xarici istehsal şirniyyatlar, marmelad, lokum kimi qidaların tərkibinə vurulan maddədir.
Bu maddə 1980-ci ilə qədər əkin sahəsində həşəratları öldürmək üçün istifadə olunurdu. 
İçkilərin tərkibinə vurulanda ağızda qar xartıltısı effekti verir, bu da insanda o içkiyə asılılıq yaradır. Aspartam qidalara qatıldıqda qızdırılır, tərkibində çox zəhərli fenol birləşmələri var.
Etiket üzərində kodu E951-dir. 
Aspartam insanda əsəbilik, piylənmə, dəridə qaşıntılar, yuxusuzluq, bədəndə turşulaşma, yaddaş pozuntusu, ürək döyüntüləri, maddələr mübadiləsi pozğunluğu, hormonal disbalans kimi problemlərin əsasını qoyur. 
Bəs o zaman dünya niyə buna göz yumur və istifadəsinə icazə verilib? Çünki bu gün dünyanı pul idarə edir, onlara sağlamlıq yox, pul lazımdır. Özünüzü bu zəhərlərdən qoruyun". 






Fikirlər