Sarkisyan RUSİYAYA gedir
Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün avqustun 10-da Moskvaya işgüzar səfər edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildirilib. “Yüksək səviyyədə aparılacaq danışıqlar zamanı strateji tərəfdaş olan iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar sahələrdəki əməkdaşlığın əsas məsələləri müzakirə olunacaq. Həmçinin Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafı məsələləri müzakirə olunacaq”, -deyə məlumatda bildirilir. Məlumata görə, prezidentlər həmçinin aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.