Qəzada ölənin üzü yanmış xilasediciyə köçürüldü - ŞOK ƏMƏLİYYAT

Moderator.az xəbər verir ki, ABŞ-da 42 yaşlı bir xilasedicinin baş dərisi, qulaqları və göz qapaqları da daxil olmaqla ən böyük üz nəqli əməliyyatı baş tutub.

Belə ki, Patrik Hardisonun üzü 2001-ci ildə faciəvi şəkildə yanıb. Hardison, üz nəqli əməliyyatı üçün könüllü olub və keçən il əməliyyat edilib.
Üz nəqli əməliyyatının edilməsindən bir il keçməsinə baxmayaraq, nəticələr ümidverici olub.
Beş uşaq atası Hardisonun dediyinə görə, qəzadan sonra öz uşaqlarından əlavə  bir çox  insan ona qorxu dolu gözlərlə baxırmış.
Əməliyyatdan sonra özünü yaxşı hiss etdiyini ifadə edən ABŞ-lı xilasedici, "İndi hər kəsin qorxduğu bir görkəmim yoxdur. Gündəlik həyatıma normal insanlar kimi davam edə bilirəm,normal görünüşüm var" deyib.
Estetik cərrah Eduardo Rodrigez rəhbərlik edtdiyi qrupun Patrik Hardison üzərində apardığı 26 saat davam edən əməliyyatda, bir velosiped qəzasında ölən 26 yaşlı David Rodebaughnun üzündən istifadə edilib.
Nyu York Universiteti “Langone” Tibb Mərkəzi, əməliyyatın müvəffəqiyyətli olma ehtimalının əvvəlcədən yüzdə 50 olduğunu demişdilər.

 






Fikirlər