Yunanlardan ŞOK PLAN: . türk əsgəri adadan çıxarılsın və..

Cənub Kipr və Yunanıstan Kipr müzakirələri ilə bağlı bir təklif hazırlayıb.

 Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, təklifdə Türkiyənin “zamin dövlət” statusunun “məsləhətçilik” statusuna endirilməsi istənilir.

Cənubi Kipr rəhbərliyi Kipr problemini sözügedən plan çərçivəsində müzakirə edəcəklərini bildirərək 8 səhifəlik Cənubi Kipr-Yunanıstan planını mediaya sızdırıb.

Planda Türkiyənin “zamin dövlət” statusunun tamamilə ləğvi, türk əsgərinin əvəzinə yalnız Avropa Birliyi ölkələrindən 2500 nəfərlik BMT polis gücünün adaya gəlməsi və gücün içində Türkiyənin yer almaması nəzərdə tutulur.

 Türkiyənin “Akşam” qəzetinin xəbərə görə, Şimali Kipr Türk Cümhuriyyətinin başçısı Mustafa Akıncı planı rədd edib.






Fikirlər