Rusiya nüvə sahəsində ABŞ-la əməkdaşlıq sazişinı – Dayandırdı

1407909608_1396711516_abs_rusiya

Rusiya nüvə və enerji sektorlarında tədqiqat və inkişaf sahəsində ABŞ ilə əməkdaşlıq sazişinı dayandırıb.

APA-nın məlumatına görə, bu barədə Rusiya hökumətinin saytında bildirilir.

Məlumata əsasən, buna səbəb Ukrayna hadisələri ilə əlaqədar ABŞ-ın Rusiyaya qarşı sanksiya tətbiq etməsi olub.

Reuters agentliyinin məlumatına görə, qərara münasibət bildirən Ağ Evin mətbuat katibi Coş Ernest bildirib ki, ikitərəfli əlaqələrdə çətinliklərə baxmayaraq, ABŞ nüvə təhlükəsizliyi sahəsində Rusiya ilə əməkdaşlığın davam edəcəyinə ümid edir.

Qeyd edək ki, Rusiya və ABŞ arasında saziş 2013-cü ildə Vyanada imzalanıb.

 






Fikirlər