Türkiyə parlamentinin sədri reanimasiyaya yerləşdirildi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahraman yenidən xəstəxananın intensiv terapiya bölməsinə yerləşdirilib.  

APA-nın "Haberturk”ə istinadən verdiyi xəbərə görə, o, bundan əvvəl adi  palatada müalicə alırdı.  
Qeyd edək ki, ötən ilin sonu xəstəxanaya yerləşdirilən TBMM sədri əməliyyat olunub.
AzerTaym.az






Fikirlər