Rəfsəncani öldürülüb? – İranı qarışdıracaq RƏSMİ İTTİHAM – VİDEO

Image result for Rəfsəncani öldürülüb? – İranı qarışdıracaq RƏSMİ İTTİHAM – VİDEO

İranın Ali Dini Şurasının sədri, ölkənin keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin ölüm xəbərindən sonra xalq küçələrə çıxıb.

Xarici KİV xəbərlərinə görə, “öldürüldü” şüarları səsləndirən insanlar sabiq prezidentin vəfat etdiyi xəstəxana qarşısında toplanıblar.

İran üzrə mütəxəssis və “Haber10” saytının yazarı Oğuz Akkar bildirir ki, siyasətçinin xəstəxanada öldürüldüyü barədə söz-söhbətlər gəzməyə başlayıb. İddiaya görə, İranın səhiyyə naziri Amir Mohsen Dayay həkimləri ittiham edib:

“Əli Əkbər Haşimi Rəfsəncaninin yanında öz həkimləri yox idi. Mənə gələn xəbərlərə görə, həkimlər üzərinə düşəni etməyiblər”.

Sabiq prezidentin ölümü ilə bağlı əsas şübhə bioloji terrordur. Səhiyyə nazirinin “həkimlər öz üzərinə düşəni etməyiblər” söyləməsi şübhələri artırır.

Xatırladaq ki, İranın keçmiş prezidenti yanvarın 8-də ürək tutmasına görə xəstəxanaya aparılıb, amma onun həyatını xilas etmək mümkün olmayıb.1934-cü ildə doğulan Haşimi Rəfsəncani Qumda dini təhsil alıb. 1979-cu ilin fevralında baş vermiş islam inqilabının əsas ideoloqlarından olub. İnqilaba qədər hökumət əleyhinə fəaliyyətlərinə görə dəfələrlə həbsdə yatıb.

İran prezidenti postunu 1989-1997-ci illərdə tutmuş Haşimi Rəfsəncani 1980-1989-cu illərdə parlamentin sədri postunda çalışıb. Bir müddət isə dövlət başçısını – dini rəhbəri seçən Üləmalar Məclisinə başçılıq edib.

Haşimi Rəfsəncani yanvarın 10-da dəfn olunacaq. İranda 3 günlük matəm elan edilib. (publika.az)

AzerTaym.az 

 






Fikirlər