Türk yazardan şok: Nə İran qalacaq, nə də SƏUDİYYƏ...
Türkiyənin “Yeniakit” qəzetinin yazarı Əbdürrəhman Dilipakın Qətərlə körfəz ölkələri arasında yaşanan gərginliklə bağlı qələmə aldığı məqalə medianın ciddi müzakirə predmetinə çevrilib. Axar.az xəbər verir ki, yazar öz məqaləsində ərəb ölkələri arasında baş verən gərginliyin İrana da sıçrayacağını və regionda böyük fəlakətin baş verəcəyini bildirir. “Sünni və şiə blokaları provokasiyaya təşviq edildikdən sonra raket savaşları başlaya bilər. Şimali Koreya ilə belə savaşı gözlədiyimiz halda, bir anda bu, regionumuzda baş verə bilər. Bu müharibənin tərəfləri bəllidir: İran və Səudiyyə Ərəbistanı. Sonra isə nə İran, nə Səudiyyə, nə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), nə Küveyt, nə də Qətər qalacaq”, - Dilipak qeyd edib.