Yüz mindən artıq müsəlman Əl-Aksa məscidinə gəldi – Onları POLIS QARIŞLADI
AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, 100 mindən artıq müsəlman dini idarənin çağırışı ilə Yerusəlimdəki Əl-Aksa məscidinə gəlib. Yerusəlimdə – «Məbəd dağı»nın yaxınlığında, müsəlman-əbəblər üçün məscidə açılmış girişin qarşısında yenidən polislə toqquşma başlanıb. Artıq onlarla insanın xəsarət aldığı barədə məlumat yayılıb. Polis məscidə gələnlərə qarşı səs qumbarasından və gözyaşardıcı qazdan istifadə edir.