Ərdoğandan Yunanıstanda SƏRT çıxış - “NATO-ya BİZİM SAYƏMİZDƏ girmisiz”

Ərdoğandan Yunanıstanda sərt çıxış

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Yunanıstanda səfərdədir. “Qafqazinfo” xəbər verir ki, Ərdoğan paytaxt Afinadan sonra Qərbi Trakyaya səfər edəcək. 

Türkiyə prezidentinin Afinaya gəlişini yunan televiziyaları proqramlarını dayandıraraq canlı yayımlayıblar. Ərdoğan Yunanıstan prezidenti Prokopis Pavlopulos ilə görüşüb və birgə açıqlama veriblər. Ərdoğan açıqlamasında “Lozanna məsələsində hələ anlaşılmayan bəzi incəliklər var” ifadəsini işlədib. 

Ərdoğan Yunanıstanda adambaşına düşən milli gəlirin 18 min dollar, türklərin yaşadığı Qərbi Trakyada isə bu rəqəmin 2 min 200 dollar civarında olduğunu xatırladıb. O, Qərbi Trakyada türklərə qarşı ayrı-seçkilik edildiyini vurğulayıb:

“Qərbi Trakyada yaşayanlara qarşı ayrı-seçkilik edilir. Türkiyədə yaşayan yunan vətəndaşlarına qarşı belə bir münasibət görə bilməzsiniz. Amma Qərbi Trakyada “türk” kəliməsinin yazılmasını belə həzm edə bilmirlər. Trakyada müsəlmanların baş müftisini hələ də ordakı din adamları seçə bilmir, təyin olunurlar. Bu necə olur ki, Lozanna sazişinin hələ də qüvvədə olduğunu deyirik. Demək ki, tətbiq olunmur”. 

NATO-ya bizim sayəmizdə girmisiniz. Təkrara girişinizə də biz yardım etdik. Amma biz məsələyə belə baxmadıq, qonşu deyə yanaşdıq. Bu gün də belə baxırıq”. 

Qeyd edək ki, Ərdoğan 65 il sonra Yunanıstana səfər edən ilk Trükiyə prezidentidir. 






Fikirlər