Avropada TERROR TƏHLÜKƏSİ - Qırmızı SİQNAL verildi

Avropada TERROR TƏHLÜKƏSİ - Qırmızı siqnal verildi

Avropa ölkələri Yeni il münasibətilə təşkil edilən mərasimlər əsnasında baş verə biləcək terror hücumlarının qarşısını almaq üçün terror siqnalı verib.

AzerTaym.az xəbər verir ki, əsgərlər və polislər küçələrə çıxarılıb və əhalinin şəxsiyyət vəsiqələri yoxlanılıb.

Fransa, Almaniya və Macarıstanda küçələrə beton bariyerlər qoyulub. Təhlükəsizlik qüvvələrinin daşıdığı böyük silahlar yerli əhalini də narahat etməyə başlayıb.

Qeyd edək ki, keçən il bayram şənlikləri sırasında bir çox Avropa ölkəsində qanlı terror hadisələri baş vermişdi.






Fikirlər