DÖVLƏT KATİBİ: ABŞ Çin ilə "SOYUQ MÜHARİBƏ" arzulamır
ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, ölkəsi Çin ilə "soyuq müharibə" arzulamır. “Report” xəbər verir ki, o bunu Çin tərəfi ilə "2+2" formatında keçirilən görüşün yekununda deyib. "Biz Çinin məsuliyyətli və dürüst fəaliyyət göstərdiyinə əmin olmaq istəyirik", — deyə o bildirib. Pompeo həmçinin qeyd edib ki, danışıqlar yaxşı keçib və Çin və ABŞ liderləri arasında qarşıda nəzərdə tutulan görüşün layiqli səmərə verəcəyinə ümid etdiyini bildirib. Bundan əvvəl ABŞ Çinə İran nefti ilə bağlı güzəşt tətbiq edib.