“PUTİNİN ƏSAS DÜŞMƏNİ – HƏQİQƏTDİR!” – “Maqnitski aktı”nın müəllifi
“Hermitage Capital Management” investisiya fondunun həmtəsisçisi və baş direktoru amerikalı maliyyəçi Bill Brauderə 2005-ci ildən Rusiyaya girmək qadağan olunub. 1995-ci ildən başlamış və Rusiya Federasiyasında 2006-cı ildə bağlanana qədər “Hermitage Capital Managment” Rusiya bazarında fəaliyyət göstərən ən böyük xarici investisiya fondlarından biri olub. 2010-cu ildən Bill Brauder, rəhbərlik etdiyi fond tərəfindən 2006-cı ilin yekunlarına görə Rusiya büdcəsinə ödənən gəlir vergisinin oğurlanması faktı ilə əlaqədar təhqiqat kampaniyası aparmaqla yanaşı, fondun hüquqşünası Sergey Maqnitskinin ölümü ilə bağlı günahkarların tapılması məsələsiylə də məşğuldur. Bill Brauderin təşəbbüsü ilə ABŞ Konqresi “Maqnitski aktı” adlanan sənəd qəbul edib. Həmin akta görə Rusiyada insan haqlarının pozulmasına cavabdeh olanlara qarşı fərdi sanksiya tətbiq edilib. “Deutsce Welle”-nin jurnalisti Janna Nemtsovaya verdiyi müsahibəsində Bill Brauder Rusiya prezidenti Putinin hakimiyyəti uzun müddət necə saxlaya biləcəyi məsələsini və onun nədən qorxuğunu izah edib. Müsahibəni təqdim edirik: - Cənab Brauder, Siz ABŞ Konqresindən Rusiyanın bir sıra vətəndaşlarına ABŞ–a getməyi qadağan edən “Maqnitski aktının” qəbul olunmasına nail olmusunuz. Bəs nəyə görə siz bu aktın qloballaşmasını qərara almısınız? – Biz başa düşdük ki, insan haqlarını nəinki Rusiyada, bütün dünyada pozanların hamısı əsasən bunu pula görə edirlər. Yəni rüşvətxorluq ilə şəxsiyyətə qarşı cinayət bir-biriylə sıx bağlıdır. ABŞ-a getməyə qadağa qoyulması və aktivlərin dondurulması tam mənası ilə hədəfə dəyib. Bundan sonra belə bir sual meydana çıxdı: Nəyə görə bu cür hərəkətləri edənlərdən yalnız rusiyalılar cəzalandırılmalıdır? Bəs nə üçün belə bir hərəkətlərə yol vermiş Qazaxıstan və ya Venesuela vətandaşları cəzalandırılmır? Hazırda ABŞ Konqresində qlobal Maqnitski aktının qəbul edilməsi üzərində iş gedir və mən düşünürəm ki, bu sessiyanın sonuna kimi həmin akt qəbul olunacaq. Biz, həmçinin avropalıları da anoloji aktın qəbul edilməsinə inadırmaq istəyirik, lakin bu mürəkkəb məsələdir. Əksər ölkələrin müxtəlif maraqları və müxtəlif fikirləri var. Amma mən əminəm ki, belə bir akt, ABŞ və Kanadada qəbul olunacaq. -Rusiyadakı korrupsiya faktı cəmiyyət tərəfindən qəbuledilməz bir məsələ kimi təsəvvür olunmur. Məsələn, Moskvada informasiya əldə etmək imkanları regionlara nisbətən daha genişdir, bir sıra müstəqli KİV-lər var. Lakin Putinə olan dəstək regionlarda olduğu kimi yüksəkdir. Ukrayna hadisələri Rusiyadakı korrupsiya məsələsini öz kölgəsi altına salmayna qədər bu problem müzakirə olunurdu. -Mən bunu millətçi hislərin istismar olunması yoluyla beyinlərin yuyulması adlandırıram. Dövlət əsas televiziya kanallarının hamısına nəzarət edir. Əhalinin böyük əksəriyyəti məlumatı televiziyadan alır. Dövlət kanallarında isə bütün gün ərzində Rusiya və Putinin böyüklüyündən danışılır. Rusiya təbliğatı çox effektiv və inandırıcıdır. Məsələn, televiziya kanalları tikintisinə çəkilən xərclərin oliqarxlar tərəfindən ödəndiyi və Putinin Qara dəniz sahilindəki milyard dollarlıq villası barəsində heç nə danışmır. Bu təmiz şəkildə rüşvətdir. Əgər Soçidəki olimpiya obyektlərinin tikintisi zamanı baş verən oğurluqlar və şərqi Ukraynada həlak olan rus əsgərləri barəsində danışılsaydı, onda Putin populyar olmazdı. Putin üçün başlıca düşmən həqiqət və onu danışan insanlardır. Hamı iddia edir ki, insanlar korrupsiya ilə barışıb. Bu belə deyil, sadəcə olaraq, vətəndaşlar bunun haqqında bilməlidirlər. -Mən sizi düz başa düşdümmü? Yəni Putinin populyarlığı yalnız təbliğata bağlıdır? Həm Rusiyada və həmçinin də xaricdə bu təbliğata qarşı necə mübarizə aparmağın yolları barəsində diskussiya başlanıb. Bunu daha effektli etmək üçün nə lazımdır? -Həqəqəti danışmaq və faktları ortaya qoymaq. Putin müstəqil KİV-ləri məhv edib. Rusiyada nəzarətsiz televiziya kanalı yoxdur. Keçmişdə müstəqil olan bütün radiostansiyalar nəzarət atına salınır. Bir neçə müstəqil yazılı KİV qalıb. Vəziyyət həm də ona görə pisləşir ki, hakimiyyət məmurların mülkiyyəti barəsində məlumat almağın mümkünsüz olmasına gətirib çıxaracaq qanun qəbul etməyi planlaşdırırlar. Putin interneti, mətbuatı nəzarətdə saxlmaq, korrupsiya faktlarının yayılmasının qarşısını almaq üçün hər şeyi edir. O başa düşür ki, əgər faktlar rusiyalıların əksəriyyətinə ağah olarsa, onun prezident postunda əyləşməsinin günləri qısalacaq. -Jurnalist ilə təbliğatçı arasında dəqiq sərhəd qoymaq çox çətindir. Hətta Rusiya cinayət məcəlləsində milli və irqi əlamətlərə görə nifrət və düşmənçiliyin qızışdırılmasına görə cəza nəzərdə tutulur. Ekspertlərin bir hissəsi iddia edirlər ki, Rusiyadakı təbliğat cinayət xarakteri daşıyır. -Mən sizinlə tamamilə razıyam. Faşist Almaniyasının tarixində Gebbels olub. O, Hitlerin təbliğatına cavabdeh idi. Gebbelsin belə bir məşhur ifadəsi var: ”Yalan nə qədər nəhəng olarsa, kütlə ona daha həvəslə inanacaq”. Məncə Rusiya təbliğatı böyük ölçüdə Gebbels metodunu qəbul edib. Belə insanları cəzalandırmaq lazımdır. Ancaq biz Qərbdə Sovet İttifaqına çevrilməməliyik. Biz düşüncə plüralizminə qarşı mübarizə aparmamlıyıq. Amma biz təbliğat ilə öz fikirinin ifadə olunması arasındakı sərhəddin haradan keçdiyini də anlamalıyıq. - Müsahibələrinizin birində söyləmisiniz ki,müxalifət xadimlərinin Rusiyanı tərk etmələri yaxşı olardı. İzah edə bilərsinizmi, nəyə görə? -Putinin idarəçiliyi dövründə vəziyyət kəskin pisləşib və o müxalifətdən daha çox qorxmağa başlayıb. Ölkə iqtisadi geriləmə yaşayır və bu da Vladimir Putini qorxudur. 2011-ci ilin sonunda və 2012-ci ilin əvvəlində Rusiyada kütləvi etiraz nümayişləri keçirilmişdi. Əvvəlcə ən pis halda müxalifətçiləri həbsxanaya sala bilərdilər. Bir çoxları öz idealları uğrunda buna getməyə hazır idi. Lakin hər şey Nemtsovun ölümü ilə dəyişdi. Bu təkcə Nemtsovun ölümü deyildi, bu həm də bütün müxalifətə açılmış atəş idi. Başlıca xəbərdarlıq isə Rusiyada ən populyar müxalifət liderinin Qızıl Meydanın yaxınlığında veb kameralar önündə öldürülməsi idi. Hazırda digərləri nəinki azadlıqdan məhrum olmaları ilə, hətta ölə biləcəkləri ilə risk edirlər. Ona görə də, mən müxalifətin Rusiyada yaşaya biləcək imkanda olmasını görmürəm. -Putin tərəfdarlarının güclü bir arqumentı var. Onlar deyirlər ki, Putinin gedişindən sonra vəziyyət ciddi şəkildə pisləşə bilər. Siz buna etiraz edə bilərsinizmi? -Bu Putin tərəfindən yaradılmış ən böyük əfsanədir. Əvvala, o siyasi rəqabəti məhv edib, ona görə də heç kim özünün Putindən yaxşı olduğunu söyləyə bilmir. Əgər kimsə Putinə qarşı potensial rəqabət nümayiş etdirərsə, o ya sürgündədir, ya həbsdədir və ya da ki, öldürülüb. Təbii ki, belə adamlar artıq yoxdur. Bu isə rusiyalılarda belə bir fikir yaradıb ki, onlar xaosun astanasındadırlar. Çox inandırıcı səslənir. Mən buna inanmıram. Düşünürəm ki, elə Vladimir Putinin siyasəti xaosun səbəbi olacaq. Aşağı keyfiyyətli səhiyyə, dağılmış yollar və bunun fonunda məmurların bahalı daşınmaz əmlak və yaxta almaları və sairələr var. -Əksəriyyət belə güman edir ki, Vladimir Putin hakimiyyətdə hələ uzun müddət qalacaq. Bununla yanaşı onun xarici siyasəti daha təhlükəli və qeyri-müəyyən olmağa başlayıb. Bütün bunlar onun ölkə daxilindəki nüfuzuna xələl gətirə bilərmi? -Onun prezident kimi nüfuzunu iqtisadiyyatın vəziyyəti dağıda bilər. Rusiyalıların əksəriyyətinin dayanıqlı siyasi baxışları yoxdur, lakin maliyyə rifahı onlar üçün mühümdür. Nə zamanki neftin qiyməti yükəlmişdi və rusiyalıların həyat səviyyləri qalxmışdı, prezidentin kimliyi onları çox az maraqlandırırdı. İndi rubl kəskin şəkildə dəyərsizləşib, insanlar kasıblayıblar. Bu da öz növbəsində cəmiyyətin narahatçılığına və narazılığına səbəb olur. Vladimir Putinin bunları öncədən bilməsi mürəkkəb məsələdir. Deməli, əsas xarici siyasət yox, rusiyalıların həyat səviyyəsidir. Ona görə də hal-hazırda onun uzun müddətli siyasi liderliyi təhlükə altındadır. Məhz bu səbəbdən də gündəliyə düşüncəsiz şəkildə millətçilik məsələsi gətirilərək düşmən obrazı yaradılır. İnsanların diqqəti daxili problemlərdən xarici təhlükəyə tərəf yönəldilib. Tərcümə etdi: Vaqif NƏSİBOV