Bayden növbəti dəfə prezident olmağa hazırlaşır...
ABŞ Prezidenti Cozef Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlaşır. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Beyden bunun üçün xüsusi kampaniya başlatmaq fikrindədir. Bildirilib ki, prezident fevral ayında Ağ Evdə ikinci müddətə namizəd olmaq niyyətini ictimaiyyətə çatdırmağı planlaşdırır.