Parkda atışma: 16 nəfər yaralanıb
Atışma iki qruplaşma arasında yaşanıb, onlar gizlənə bilib
Yeni Orleanda (Luiziana ştatı) Banni Frend parkında baş verən atışmada 16 nəfər yaralanıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər polis idarəsindən məlumat verilib.
Yeni Orleanın hüquq-mühafizə orqanlarının rəsmi nümayəndəsi Tayler Qemblın verdiyi məlumata əsasən, insident yerli vaxtla təqribən 19:00-da (Bakı vaxtı ilə 05:00) ətrafında meydana gəlib. Onun sözlərinə görə, təcili zənglə hadisə yerinə gələn polis qorxu içində olan insan izdihamının içindən keçməli olub. Onların bəziləri atışmaya qədər parkda gəzirmiş, qalanları isə noyabrın 26-da qeyd olunacaq Şükran günü öncəsi paradda iştirak edirmiş.
Polis müəyyən edib ki, atışma iki qruplaşma arasında olub. Onlar qaçıb gizlənə bilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onların kimliyini dəqiqləşdirməyə çalışır.