MOSKVADA ORDU GENERALI ÖLDÜRÜLDÜ - Sui-qəsdin görüntüləri yayımlandı + FOTO/VİDEO

Xəbər verildiyi kimi, Rusiya ordusunun Radiasiya, kimya və bioloji müdafiə qoşunlarının komandiri, general-leytenant İqor Kirillov evinin qabağında köməkçisi ilə birlikdə partladılaraq öldürülüb.

“AzPolitika” xəbər verir ki, sosial şəbəkələrdə generalın və köməkçisinin öldürüldüyü anın videogörüntüləri yayımlanıb. Onlar binadan çıxarkən partlayıcı işə salınıb və belə ehtimal olunur ki, çəkilişi aparanlar bu əməliyyatı təşkil edən şəxslərdir.

Onu da qeyd edək ki, əməliyyatın Ukrayan xüsusi xidmət orqanlarıl tərəfindən həyata keçirildiyi bildirilir. Kirillov indiyə qədər "arxa cəbhədə" məhv edilən ən yüksək rütbəli Rusiya zabiti sayılır. 

***

Moskvada su-qəsd nəticəsində öldürülən generalın kimliyi məlum olub.

"AzPolitika" teleqram kanallarına istinadla xəbər verir ki, Rusiya ordusunun radiasiya, kimya və bioloji müdafiə qoşunlarının komandiri general-leytenant İqor Kirillov evinin qabağında köməkçisi ilə birlikdə partladılaraq öldürülüb.

Kirillovun ölümünə səbəb olan şübhəli partlayıcı qurğu binanın girişinin yaxınlığında dayanmış skuterə qoşulub və Kirillov içəri daxil olan zaman işə düşüb.

 

 

Rusiyanın radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri Kirillov "TOS-2" ağır alov qurğusunun hazırlanmasında və qəbulunda iştirak edib.

2022-ci ilin martında Kirillov "Ukraynadakı Pentaqonun biolaboratoriyaları yarasalar və quşlardan istifadə edərək Rusiyaya bioloji silahlar yaydığını" iddia etmişdi.

 

 

 

 

 

 

 

***

Moskvada rus ordusunun generalına sui-qəsd edilib. Partlayış nəticəsində onun özü və şəxsi köməkçisi öldürülüb.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya “teleqram” kanalları məlumat yayıb.

“Baza”nın məlumatına görə, partlayış Moskvanın Nijni Novqorod rayonunda binaların birinin girişində baş verib. Qeyd olunur ki, partlayış nəticəsində yaxınlıqdakı mənzillərdə şüşələr qırılıb.

Bir saat sonra internetdə qurbanların kimliyi ilə bağlı məlumatlar peyda olub. “Baza” yazır ki, Moskvada baş verən partlayış nəticəsində RF Silahlı Qüvvələrinin adı açıqlanmayan general-leytenantı və onun köməkçisi həlak olub. Bu məlumat rəsmi olaraq təsdiqlənməyib. Məlumata görə, partlayıcılar elektrik skuterin dəstəyinə bağlanıb və çox güman ki, uzaqdan aktivləşdirilib. Sözügedən iki nəfər qapıya yaxınlaşanda partlayış baş verib.

Partlayış o qədər güclü olub ki, birinci mərtəbədən üçüncü mərtəbəyə qədər şüşələr sınıb, üç avtomobilə ziyan dəyib.






Fikirlər