PUTİNİN axtardığı türkdən xəbərdarlıq: “ONLARI QURUDAN gözləyirəm”
Suriyada Türkman Dağında döyüşən və Rusiya ilə Türkiyə arasındakı “təyyarə böhranı”ndan sonra adı tez-tez çəkilən Alparslan Polad “Kürdüstan dövləti” barədə xəbərdarlıq edib. AzerTaym.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, Türkman Dağının itiriləcəyi halda Aralıq dənizinə çıxışı olan “Kürdüstan dövləti”ni yaradılmasının qaçılmaz olacağını deyib. Alparslan Polad rus əsgərləri ilə quruda döyüşmək istədiyini söyləyib: “Əsrlərdir onunla düşmənəm. Mən əsrlərlə yaşı olan intiqamın arxasındayam. Rusiyanın cəbhə xəttində hər gün axıtdığı onlarla günahsızın qanı mənim qanımdır. Havadan hücum edəndə çox təmasımız olmur. Onları qurudan gözləyirəm”. Qeyd edək ki, Alparslan Polad Türkiyə tərəfindən vurulan rus təyyarəsindən paraşütlə tullanan pilotu vuran şəxs kimi tanınır. Rusiya mətbuatının yazdığına görə, Polad hər yerdə axtarılır. Xəbərlərdə bildirilir ki, pilot Oleq Peşkovu vuran Türkiyə vətəndaşı Alparslan Polad və qrupunun Türkman Dağı bölgəsində olduğu haqda məlumatlar var və Rusiya bunun intiqamını alacaq. Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 14 Dekabr 2015-ci ildə verdiyi bəyanatda təyyarədən tullanan pilota atəş açan insanı müəyyənləşdirdiklərini, bu şəxsin Türkiyə vətəndaşı olduğunu açıqlamışdı. 33 yaşlı Alparslan Polad 2015-ci ilin əvvəllərində Suriyaya keçərək Bayırbucak türkmanlarına qoşulub. Lakin Alparslan Polad bu iddiaların yalan olduğunu deyib. O, Türkman Dağı cəbhəsində Bəşər Əsəd rejimi, Rusiya və İranın nizami qüvvələri, muzdlu şiə döyüşçüləri, DHKP-C və “Hizbullah” təşkilatları ilə döyüşdüyünü bildirib. Türkiyə vətəndaşı Hələbdə isə İŞİD və PYD-nin olduğunu deyib. * Fotoları təqdim edirik