Ərəb ŞEYXLƏRİ Ermənistana SƏRMAYƏ yatıracaq? – ŞƏRH
Ermənistanın rəsmi statistikasına görə, birbaşa xarici investisiyaların illik həcmi hazırda ölkənin ümumdaxili gəlirinin sadəcə 1 %-ini təşkil edir. Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə ərəb şeyxləri və övladlarının İrəvana gəlməsinə münasibət bildirərkən deyib. O bildirib ki, bundan öncə də Ermənistana digər ölkələrin nümayəndə heyətləri, o cümlədən biznes dairələrinin nümayəndələri gəlib, müəyyən danışıqlar aparmışdı:“Amma iş orasındadır ki, sonradan onlar real vəziyyəti öyrənərək, yaxud biznes, iqtisadiyyat nöqteyi-nəzərindən təhlillər apararaq bu danışıqları yarımçıq saxlayıb. Hətta yerli bazar haqda məlumatlar əldə edəndən sonra bir çox belə nəzəri layihələr reallaşdırılmamış qalıb. Çünki Ermənistandakı real vəziyyət buna imkan vermir”.Politoloq qeyd edib ki, hətta keçən illər buna görə Ermənistanda İqtisadiyyat Nazirliyinin adı da dəyişdirildi:“İqtisadiyyat və Ticarət Nazirliyinin rəsmi adı dəyişərək İqtisadiyyat və İnvestisiya Nazirliyi adlandırıldı. Burada əsas məqsəd ölkəyə xarici investisiyalar cəlb etməkdən ibarət idi. Amma ad dəyişməklə, xarici nümayəndə heyətlərinin bu ölkəyə səfərlərini təşkil etməklə xarici investisiyanın cəlb olunmasına nail olmaq mümkün deyil. Çünki bu iş üçün kifayət qədər ciddi addımlar atılmayıb”Qeyd edək ki, ərəb şeyxləri və övladları İrəvana gəlib. İrəvana gələnlər arasında Birləşmiş Ərəb Əmirliyinin Əbu Dabi Əmirliyinin şahzadəsi Mənsur ibn Zeyd əl-Nahyanın da olduğu bildirilir. Görüşdə əsas məqsədin ərəb investisiyasının Ermənistana cəlb edilməsi olduğu qeyd edilib.