"QƏRB"lilərin "Frankofoniya" sevinci...

Yarandığı gündən etibarən geniş beynəlxalq əlaqələrə malik olmaq Qərb Universitetinin inkişaf strategiyasının prioritet istiqamətlərindən biri olmuşdur.

Qərb Universiteti qloballaşan dünyada elm və təhsil sahəsində müşahidə edilən bütün yenilikləri izləyir, eyni zamanda bu sahədə müəyyən edilmiş strategiyası mövcuddur.

  Qərb Universitetində Beynəlxalq Frankofoniya gününə həsr olunmuş mayın 2-də keçirilən bayram tədbirini də elə məhz bu strategiyaya xidmət edən bir aksiya kimi dəyərləndirmək olar.. 

Frankofoniya anlayışı ilk növbədə ümumi dil olaraq fransız dilini paylaşan bütün insanlar deməkdir. Dünya ölkələrində 900 milyondan çox insan Frankofoniya dəyərlərini bölüşür.

Tədbirdə Fransanın Azərbaycandakı Səfirliyinin universitetlər arası əlaqələr üzrə məsul şəxsi, Campus France Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Batist Minyo, universitetin professor-müəllim və tələbə heyəti iştirak etdi.

Tədbir Fransa və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlandı.

Bayram tədbirini açıq elan edən Qərb Universitetinin Beynəlxalq Layihələr üzrə koordinatoru və fransız dili müəllimi Səbuhi Sultanov dünyada keçirilən Beynəlxalq Frankofoniya bayramı haqqında ümumi məlumat verdi. S. Sultanov tədbirin təşkilində əməyi keçən hər kəsə, o cümlədən tədbir iştirakçılarına təşəkkür etdi.

Tədbirdə Qərb Universitetinin tələbələrinin iştirakı ilə fransız dilində səhnəciklər nümayiş olundu, şeir və mahnılar səsləndirildi, həmçinin rəqslər ifa edildi. Məhşur fransız yazıçısı Jan-Batist Molyerin "Zorən təbib” əsərindən fransız dilində təqdim olunan səhnələr alqışlarla qarşılandı.

Fransanın Azərbaycandakı Səfirliyinin universitetlər arası əlaqələr üzrə məsul şəxsi, cənab Batist Minyo Frankofoniya bayramı çərçivəsində tədbirin əhəmiyyətini qeyd etdi, onun yüksək səviyyədə təşkil olunduğunun söylədi və tələbələrə gələcək karyeralarında uğurlar arzuladı. O, universitetdə bu kimi tədbirlərin təşkilinə görə universitet rəhbərliyi başda olmaqla, müəllim-tələbə heyətinə dərin təşəkkürünü bildirdi.






Fikirlər