MƏRKƏZİ NEFTŞİLƏR Xəstəxanası xüsusi palata yaratdı

Mərkəzi Neftçilər Xəstəxanası “Formula-1” yarışlarında tibbi xidmət göstərilməsi məqsədilə xüsusi palata yaradıb

 

Xəstəxadan AzerTaym.az  saytına verilən məlumatda bildirilir ki, “Beynəlxalq Avtomobil Federasiyasının tələblərinə əsasən, Formula 1 Bakı "Grand Prix" ilə əlaqədar anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin nəzdində xüsusi şəraitli palata yaradılıb.
Palatada Türkiyə və Qərb istehsallı olan müvafiq avadanlıqlar, yara səthinin soyudulması üçün nəzərdə tutulan aparat quraşdırılıb. Həmçinin MNX-nın digər müvafiq şöbələrin palatalarında hazırlıq işləri tamamlanıb.
Qeyd edək ki, MNX-nın Təcili tibbi yardım xidmətin (TTYX) 10 həkim və 10 tibb bacısı Amerika Ürək Assosiasiyası (AHA) tərəfindən təşkil edilmiş xüsusi tibbi təlimlərdə iştirak edib və sertifikatlarla təltif ediliblər. Keçiriləcək yarışlarla əlaqədar MNX-nın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin iki həkim-reanimotoloqu və iki tibb bacısı Türkiyənin Ankara şəhərində yerləşən yanıq mərkəzində təlim keçiblər.
Həmçinin MNX-da SN tərəfindən dəvət olunmuş Türkiyənin Yanıq Mərkəzinin professoru, doktor Ahmet Çinar Yastı həkim heyəti və 103 təcili yardım xidməti üçün xüsusi seminar- məşğələlər keçirib, təcili hallarda koordinasiya, ixtisaslaşdırılmış ilk yardım sistemi hazırlayıb.
Eyni zamanda “Avropa Qran Pri Bakı” yarışlarlı ilə bağlı MNX-nın cərrahı, neyro-cərrahı, travmatoloqyu, torokalı, plastik cərrahları, həmçinin orta tibbi personalı hazırlıq təlimləri keçirlər.

Hazırda yarışlar vaxtı baş verə biləcək hadisələr zamanı təcili tibbi yardım xidmətinin necə yardım göstərilməsi üzrə təlim məşğələlər aparılır. Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasında “Alarm” mərkəzi yaradılıb və cavabdeh şəxslər təyin edilib. Xəstəxanada TTYX şöbəsinin müdiri Raud Əsədov cavabdeh şəxs kimi təyin edilib. 






Fikirlər