Azərbaycanlı iş adamının azadlıq planı: 50 milyon və arvadıyla bağlı etiraf - YENİLƏNİB

 

 AzerTaym.az publika.az-a istinadən bildirir ki, Rza Zərrabın girov ərizəsində həyat yoldaşı müğənni Ebru Gündəşlə necə tanış olduğu da izah edilib:

"Türkiyənin məşhur müğənnisi Ebru Gündəş cənab Zərrabın qardaşının 2005-ci ildə baş tutan toyunda səhnəyə çıxıb. Cənab Zərrab Gündəşin uzun müddət heyranı olub. Zərrab sevdiyi müğənni üçün bir neçə mahnı bəstələyib ortaq dostları vasitəsi ilə ona göndərib. Bu hadisədən çox təsirlənən Gündeş Zərrab ilə görüşmək istədiyini söyləyib. Bu görüşdən sonra cütlük  bir-birlərinə aşiq olub. 2010-cu ildə onlar evlənməyə qərar verib, 2011-ci ildə isə cütlüyün qızı dünyaya gəlib. Gündəş Zərrabın bəstələdiyi mahnılardan ibarət albom da çıxarıb. Zərrab həbsindən dolayı bu evliliyi fəda etməyəcək".

 
Ərizədə Zərrabın ciddi sağlamlıq problemləri: bağırsağında polip, mədəsində xora və böyrəyində problem olduğu da bildirilib. Zərrabın həkim tərəfindən mütəmadi olaraq həkim nəzarətində saxlanılmalı olduğu, girov təklifi qəbul edilərsə, səhhətinin yaxşılaşacağı da qeyd olunub.
 

----------

09:40

Mayamidə həbs olunan Azərbaycan əsilli türkiyəli iş adamı Rza Zərrab pul girovu müqabilində azadlığa çıxmaq istəyir.

 AzerTaym.az qafqazinfo-ya istinadən xəbər verir ki, "New-York Times" nəşrinin müxbiri Benjamin Veyser Zərrabın vəkilinin məhkəməyə pul təklif etdiyini bildirib. Belə ki, vəkil 10 milyon dollar nəğd olmaqla məhkəməyə ümumilikdə 50 milyon dollar pul təklif edib.

Müxbirin sözlərinə görə, təklif dəyərləndirilsə, Zərrab Nyu-Yorkda qalacaq, orada GPS naviqatoru vasitəsilə izlənəcək və təhlükəsizlik xidmətinin əməkdaşları evinin qapısında 24 saat ərzində keçik çəkəcəklər.

Lakin qeyd olunur ki, prokuror Prit Bharara vəkil Benjamin Brafmanın bu təklifini rədd edib. Vəkillər isə inadla məsələnin bu yöndə həll olunması üçün ona yenidən müraciət ediblər.

Qeyd edək ki, cənubi azərbaycanlı iş adamı R.Zərrab həyat yoldaşı, müğənni Ebru Gündeşlə Mayamidə istirahətdə olarkən həbs olunub. O, ABŞ-ın İrana olan sanksiyaları nəzərə almayaraq ticarət etmək, dövləti aldatmaq, bank hesabları ilə oynamaq, "çirkli pulların" yuyulması və digər maddələrlə ittiham olunub.






Fikirlər