RİYAD ƏLİYEVİN AİLƏSİ ONDAN İMTİNA ETDİ: “Ruhi xəstədir…”

21137

Özünü Təfəkkür Universitetinin təsisçilərindən biri və bu universitetin Kiyev filialının rektoru adlandıran, hüquq-mühafizə orqanları tərəfindən 2014-cü ilin nöyabr ayında beynəlxalq axtarışa verilən Riyad Əliyevin anası və qardaşı ondan imtina ediblər.

Hazırda Avropada mühacirətdə olan R.Əliyevin ailə üzvlərinin “AzPolitika.info”ya daxil olan bəyanatında bildirilir:

“Biz – Əliyeva Kifayət Mirzə qızı və Əliyev Renad Mahir oğlu bəyan edirik ki, uzun müddətdir ailəmizlə əlaqəsi olmayan 1975-ci il təvəllüdlü Əliyev Riyad Mahir oğlundan rəsmi şəkildə imtina edirik. Ailəmiz onun böhtançı və iftiraçı fikirlərini bölüşmür. Xaricdə oturaraq, Prezidentimizə və dövlətimizə böhtan və şər atır. Onun bu alçaq, sərsəm və axmaq fikirləri sübut edir ki, o, ruhi xəstədir”.

Qeyd edək ki, R.Əliyev barəsində Təfəkkür Universiteti rəhbərliyinin şikayəti əsasında cinayət işi açılıb. İnterpolun saytında yerləşdirilən məlumatda qeyd olunur ki, 40 yaşlı Riyad Əliyev dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.“AzPolitika.info”

 






Fikirlər