Sülhəddin Əkbər:“Sürət Hüseynovun DEPUTAT toxunulmazlığını ləğv edəcəkdik"

sulheddin-akber-1

“Sürət Hüsüynova qarşı heç bir qanunsuz addım atılmayıb. Bildiyiniz kimi o mərhələdə respublikanın baş prokuroru da orada olub. Üstəlik hüquqi və siyasi qanunlar həmin dövrün qanunvericiliyinə uyğun şəkildə həyata keçirilib”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında milli təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər sabiq baş nazir Sürət Hüseynovun Strateq.az-da yayımlanan müsahibəsində onun haqqında dedikərini şərh edərkən bildirib.  

Eks baş nazir 2004-cu ildə həbsdən çıxdıqdan sonra verdiyi müsahibəsində deyib ki, Sülhəddin Əkbər onu güllələmək barədə əmr alıbmış. “Sənə verilən əmr qeyri-qanuni idi. Çünki mən Milli Məclisin deputatı idim və mənim deputat toxunulmazlığım götürülmədən, necə məni güllələyə bilərdiniz? Bunların işlərinin hamısı qeyri-qanuni olub–deyə eks baş nazir vurğulayıb.

Sülhəddin Əkbər qeyd edib ki, həmin dövrdə həqiqətən deputat toxunulmazlığı olub:Həmin dovrdə adını çəkdiyiniz şəxs saxlanılsaydı, Milli Məclisdən onun toxunulmazlığının götürülməsi istəniləcəkdi. Yəni saxlanılmaq başqa hüquqi anlayışdır. İstənilən şəxsi müəyyən müddətə qədər saxlamaq imkanı var. Bir sözlə, saxlanma başqa, həbs etmək isə başqa hüquqi anlayışdır. Odur ki, həmin dövrdə heç bir qanunsuz hərəkətə yol verilməyib”.






Fikirlər