TƏRTƏRin Vəzir Orucov küçəsinin sakinləeinə "YEZİD ZÜLMÜ"...

Azərbaycan Silahlı Qüvvələrinin aprelin ilk günlərində həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan sonra azğınlaşmış ermənilərin  təxtibat  cəhdlərindən ən çox zərər çəkən Tərtər rayonu oldu.     

Həmin olaylar zamanı Tərtər şəhərinin özü də sərhəd kəndləri ilə bərabər raket və top atəşlərinə məruz qaldı.Ancaq bütün bunlar qəhrəman Tərtərliləri qorxuda bilmədi. Güclü raket və top atəşlərinə baxmayaraq heç kim evini tərk etmədi. Ancaq indi “Azərsu” ASC-nin regiondakı qurumlarının yarıtmaz fəaliyyəti nəticəsində Tərtər şəhərinin əksər küçələri susuz qalıb. Ən ağır vəziyyət isə Tərtərin  bu gün Vəzir Orucov küçəsində yaşanır...

 

“Azərsu”-nun yerli idarəsi, Tərtər rayon "Su Kanal"-ın əməkdaşları yaranmış bu vəziyyəti ərazidə apardıqları smart kart su sayğaclarının quraşdırılması ilə izah edirlər. Mövcud  vəziyyətlə bağlı Tərtər rayon V.Orucov küçəsinin sakinləri dəfələrlə saytımız  vasitəsilə aidiyyatı orqanlara və dövlət başçısına müraciətlər də ediblər. Ancaq hələlik  bütün bunlar “Azərsu” ASC-nin rəhbərliyini narahat etməyib. Belə görünür ki, erməni atəşlərinin ölüm qorxusu altında Tərtəri tərk etməyən əhalini, bəzi pozucu,təxribatçı "qüvvələr" susuzluğa məhkum etməklə ya dolayısı yolla kiminsə.yada elə birbaşa düşmənin özünün qisasını almaqla onları ordan təcrid etmək, boşaltmaq istəyirlər.

Oxucularımıza məlumat üçün xatırlatmaq istərdik ki, Vəzir Orucov birinci Qarabağ müharibəsi zamanı Tərtərin əfsanəvi,mərd qəhrəman oğullarından biridir.Məhz həmin qəhrəmanın adını daşıyan küçənin sakinlərini indi “Azərsu”-nun yerli idarəsi yayın 40 dərəcə istisində su ilə imtahana çəkir,susluğa məhkum edilmiş insanları müharibə zamanı tərk etmədiyi yurdlarından,yuvalarından didərgin düşməyə vadar edirlər.

“Azərsu” ASC-nin bu pozuculuq faəliyyətinin qarşısı alınmasa susluğa məhkum edilmiş sözü gedən küçənin sakinləri başqa yerlərərə köç edə bilərlər...

P.S. Mövzu ilə əlaqədar adı çəkilən qurumların da mövqeyini dərc edə bilərik!

"AzerTaym.az"

 

 

 

 






Fikirlər