MİKAYIL CABBAROV universitet layihəsinə görə Fransaya getdi

Təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə Təhsil Nazirliyinin nümayəndə heyəti Fransaya rəsmi səfər edib.

Səfərin əsas məqsədi prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycanda təsis olunacaq Fransız-Azərbaycan  Universitetinin  yaradılması prosesinin tamamlanmasıdır. 
Səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov və Strasburq Universitetinin prezidenti Alen Beretz arasında görüş keçirilib.
 AzerTaym.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Görüşdə Azərbaycan Respublikasının ali təhsil sisteminin inkişafını təmin etmək məqsədi daşıyan “Birgə Fransız-Azərbaycan Universiteti” layihəsi müzakirə olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və dünyanın aparıcı ali məktəblərindən biri olan Strasburq Universitetinin iştirakı ilə yaradılan UFAZ-ın iki ölkə arasında əməkdaşlıq çərçivəsində təhsil imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 






Fikirlər