Deputat Rüfət Quliyev haqqında SƏLƏMÇİ ittihamı...

Deputat Rüfət Quliyev faizə pul verib. Üstəlıik bu qanunsuz əməlini rəsmiləşdirib.  Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat 2011-ci ildə it-pişiklər üçün yem satan şəxslə tanış olub.

Namiq adlı şəxs deputatın itlərinə Avropdan 1-2 dəfə pulsuz yem gətirəndən sonra biznesini böyütmək üçün pul axtardığını deyib. Deputat Rüfət Quliyev 10 faizlə Namiq adlı şəxsə ilkin olaraq 30 min dollar verib. Pulların faizinin ödənilməsi vaxtı iş adamı deputata təklif edib ki, 30 min dolların faizlərini ondan almasın. O da həmin faizləri əsas məbləğin üstünə qoysun və faizlərin də faizini deputata ödəsin. Bu barədə istiqlal.az-a etibarlı mənbələrdən məlumat daxil olub.

Bir neçə il belə davam edib.  Ardınca Namiq adlı şəxs deputatdan əlavə olaraq 40 min dollar faizə pul alıb. Bu dəfə deputata deyiblər ki, ondan faizə pulu xaricdən ölkəyə xüsusi təyinatlı geyimlər gətirmək üçün alırlar. 2014-cü ilə qədər deputatın verdiyi pullar faizi ilə birgə bir neçə yüz min dolları aşıb. İş o yerə çatıb ki, deputat itləri üçün gətirilən pulsuz yemi qəbul etməyib, əvəzində pullarını tələb edib. 1-2 ay ərzində faiz və pul davası son həddə qədər qızışıb. Lakin deputat 2011-ci ildə veridyi pulların faizlərini ala bilməyib. İş o yerə çatıb ki, deputat faizlərin hesablanmasını dayandırıb, deyib ki, ona sadəcə 2014-cü ilə qədər yığılan faizləri və əsas məbləği versinlər, məsələ bitsin. 
2015-ci ildə baş verən ardıcıl devalivasiyalardan sonra Rüfət Quliyev daha tez-tez Namiqi narahat etməklə pulunu istəyib. Deputatın telefon zənglərindən  bezən Namiq adlı şəxs telefonu söndürüb. R.Quliyev bir neçə dəfə sürücüsünü Namiqin evinə göndərməklə telefonları açmasını və pulların ödənilməsini tələb edib. Deputatın tələbləri bu günə qədər nəticəsiz qalıb. 
İstiqlal.az-a daxil olan məlumata görə R.Quliyev pullarının geri qaytarılmayacağını yəqinləşdirəndən sonra tanınmış vəkillərdən biri ilə müqavilə bağlayıb və məhkəməyə baş verib. Aldığımız məlumatda qeyd olunur ki,  bütün rəsmi sənədlərdə Rüfət Quliyev iddiçı kimi çıxış edib. Maraqlıdır ki, R.Quliyev məhkəməyə müraciət edərkən faizə pul verilməsinin qanunsuz olduğunu, deputat fəaliyyəti ilə bir araya sığmadığını, qanunverici orqanının adını ləkələyən hərəkət olmasını nəzərə almayıb. 






Fikirlər