“İcra başçısı indiyə kimi bir şey fikirləşməyibsə, kül təpəsinə...” - Həftənin sitatları

bitmap-img6
Aqil Əlsgər: “Sizin boynunuzu yerə soxum. Sizin üçün heç bir dəyəri olmaya bilər, ancaq ANAya sataşanı Allah rəzil edər, bəndə səssiz qalsa da...”

 

 
Rauf Arifoğlu: “Vəfasızdı, paxıldı, pisliyi unutmaz; ona yaxşılıq edənləri sevməz... Türməyə düşəndən düşənə namaz qılar, lakin çıxan kimi araq da içər; buna baxmayaraq, Allaha inamı səmimidir… Bax, bu adam indi Müsavatın başqanıdır…”
PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZ“Həftənin sitatları” layihəsini təqdim edir.
Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağınızı xahiş edirik.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: “Gəlin açıq danışaq, rəhmətlik Turqut Özal da, Bülent Ecevit də, hətta biz də onlara kömək etmişik. Şəxsən mən də qatılmadığım tərəfləri olsa da, onlara yardımçı olmuşam. Hər şeyə rəğmən bu xain təşkilatın gerçək üzünü daha əvvəldən ortaya çıxara bilmədiyim üçün təəssüflənirəm. Buna görə, həm Allaha, həm də millətə hesab verməli olduğumuzu da bilirəm. Millət bizi əfv etsin”.
Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin: "Bizim tərəflərə Qarabağa dair hansısa resept sırımaq fikrimiz yoxdur”.
BMT-nin baş katibi Pan Gi Mun: “İŞİD-in İraqdakı cinayətləri soyqırımı kimi tanına bilər”.
Yazar-jurnalist Pərviz Cəbrayıl: “Adamlar zəncirvarı şəkildə bir-birinin qisasını alır biri-birindən... Hamı əzab içində!”
Deputat, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli: “Artıq Prezident Administrasiyasının səlahiyyətlərinə aydınlıq gətirilməlidir”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan: “Ölkə içində və xaricdə təhsilə və yardım fəaliyyətləri çərçivəsində "Allah-Allah" dedikləri üçün anlayış göstərdik. Fikirləşdik ki, ortaq tərəflərimiz var. Eyni mənzilə gedən iki ayrı yolun olduğunu düşündüyümüz bu cərəyanın tamamilə başqa və gizli həyata keçirilən planının olduğunu görə bilmədik”.
 
ATƏT-in Minsk Qrupunun ABŞ-da olan həmsədri Ceyms Uorlik: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda müsbət anı qoruyub saxlamaq lazımdır”.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev: “Akif Çovdarov utanmaz-utanmaz mənə deyirdi ki, bir neçə ildir ki, icra başçısısan amma bir dəfə də olsun gəlib, bizi “görməmisən”. Çox həyasız adam idi”. 
 
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp: “Hillari Klinton İŞİD-in təsisçisi kimi qruplaşmadan mükafat almalıdır”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban: “Ay neft, bizə yazığın gəlsin!!! ”
Rusiyalı politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov: “Dağlıq Qarabağ münaqişəsinin həlli indi yekun sıçrayışa olduqca yaxındır. Bu, artıq cari ildə baş tuta bilər. Sıçrayış Kazan həll formulu əsasında mümkündür. Belə ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılması qarşılığında Azərbaycan tərəfdən Ermənistanın blokadası götürülür. Kazan formulu əsasında artıq indidən ciddi anlaşmaya çıxmaq olar”.
Təhlükəsizlik üzrə Münhen konfransının sədri Volfqanq İşinger: “İranlılar və səudlar bir-birlərinə nifrət edirlər. Buna görə də soyuq müharibə dönəmində ATƏT konfransında olduğu kimi, Yaxın Şərqdə bu cür təhlükəsizlik sistemi qurmaq çətin olacaq. Nə bu, nə də o tərəflə bağlı olan avropalılar hər halda bu məsələni səbirlə həll etməyə çalışmalıdırlar”.
Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər: “Bu gün mümkün olanı edək. Qeyri-mümkün görünənin də mümkün olmasına az qalıb”.
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu: “Əgər Rusiya-Türkiyə münasibətləri istiləşərsə, Dağlıq Qarabağ münaqişəsinin həllinə kompleks yanaşmaq olar”.
Müsavat Partiyasının başqanı Arif Hacılı: “Demişəm ki, Rauf Arifoğlu İlham Əliyevə təslim olub. Ya de ki, təslim olmamışam, ya cəsarətin çatmırsa sus. Yoxsa haqqımda nə böhtanlar yazırsan? Nə əfsanələr uydurursan?”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov: “Neftin qiymətində artım olarsa, dövlətin büdcəsinə əlavə vəsait daxil olarsa, işığın qiymətində artım olmayacaq”.
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski: “Amerikada olan qohumlarımdan bir prezident, iki vitse-prezident çıxıb. Əgər şəcərəmdə bir az eşələnsəm, Trampla birbaşa qohumluq əlaqələri tapmaq olar. Tramp mənə çox yaxındır. Mən onda nəsə hiss edirəm”.
Tanınmış vıkil Aslan İsmayılov: “Əgər bizlər bu Nazirliyin topa-topa tutulan əməkdaşlarının istintaqa verdikləri ifadələri araşdırsaq görərdik ki, hələ Maliyyə Nazirliyində işləyərkən yol verdiyi yeyintilərə görə bir neçə ay həbsdə yatmış Səlim Müslümovun şouları, ancaq başçılıq etdiyi korrupsiyanı pərdələmək üçündür”.
“Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu: “Vəfasızdı, paxıldı, pisliyi unutmaz; ona yaxşılıq edənləri sevməz. Qarşısından azacıq geri çəkilənin üstünə getməz; bağışlamaz da; kiçik şeylərdən böyük düşmənliklər çıxardar. Böyük düşmənlikləri bitirəməz – içinin konstitusiyası buna uyğun deyil. Düşmən bəllədiyi haqda yalan da danışar, üzünə də durar; lakin həmin andaca vicdanı onu yeyib-bitirər; obyektivliyi yalanından daha böyükdür… Pulu sevər, yaman da xəsisdir, lakin nəfsini gözəl kontrol edər. Mahiyyətcə qorxaqdı. Amma ictimai rəy olan yerdə ölümə qədər gedən cəsurluqlar da edər… Türməyə düşəndən düşəndə namaz qılar, lakin çıxan kimi araq da içər; buna baxmayaraq, Allaha inamı səmimidir… Bax, bu adam indi Müsavatın başqanıdır…”
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban: “Mənə maraqlı gəlir - Jirinovski başlayıb Erdoğanı tərifləməyə...bu "tərif"in arxasında şəxsi maraq durur, yoxsa Kremlin maraqları?”
Türkiyə-Avropa Birliyi parlamentlərarası müştərək komissiyasının sədri, Ədalət və İnkişaf Partiyasının (Ak Parti) İstanbul millət vəkili Əhməd Bərat Çonkar: “Azərbaycan Türkiyə ilə qardaşlığın tələb etdiyi bütün addımları atdı”.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu: “Uşaqlığımın ilk 7 ilini keçirdiyim kəndə baş çəkdim, amma uşaqlıq xatirələrimi tapmadım. Hamısını siliblər... ”
Jurnalist, yazar Jalə Mütəllimova: “Bizim mentalitet dediyimiz yazılmamış qaydalar toplumumuzda mərdliyin, cəsarətin, liderliyin simvoludur kişilər. Onlar alçalanda, yalvarmaq həddinə gətiriləndə az əvvəl qeyd olunan mənzərə yaranır. Sizi bilmirəm, kişiləri alçaldılmış görəndə mənim az qala ölməyim gəlir. Düşünürəm ki, kişisi aciz duruma qalan məmələkətin, cəmiyyətin qadınından nə desən gözləmək olar. Bu qadınları aşağılamaq kimi anlaşılmasn gərək. Çünki qaydaların dəyişdirilməsi mexanizmi hər şeyi bu vəziyyətə gətirib”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Haciyev: “Müdafiə Sənayesi Nazirliyinə (MSN) rəhbərlik edən məmurlar ancaq özlərinə işləyirlər. Kabinetlərində oturub, övladlarına, qardaşlarına, qohum -əqrabalarına şərait qurmaqla məşğuldurlar”.
AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Vaxtilə ağcaqanadları gəmisinə götürdüyünə görə Nuhu şiddətlə qınayıram”.
Tanınmış jurnalist Azət Sarıyev: “Türkiyəni, xüsusən də Rusiyanı sarmış dərinləşməkdə olan daxili böhran şəraitində yaradılan birlik xilas yolu deyil. Əksinə, hər iki dövlətin iflasını sürətləndirə bilən uğursuz siyasi anlaşmadır. Bu iki dövlətin yaxnlaşmasından tarixən ən çox ziyan çəkən də biz olmuşuq. Özləri iflasa gedərkən, arada biz qurbana çevrilə bilərik. Hazırki durumda hər iki başçının kinli və qıcıqlı olduğunu, yəni psixoloji vəziyyətini də qeydlərə əlavə etsək, şəraitin nə qədər əlehimizə olduğunu təsəvvür etmək olur. Tanrı Azərbaycanı qorusun!”
İqtisadçı ekspert Natiq Cəfərli: “Əgər Avropa ilə müqayisə edib, orada çörəyin daha baha olduğunu deyirlərsə, bu o qədər də doğru yanaşma deyil. Avropada çörəyin bir kiloqramı 1,5-2 avro civarındadır. Almaniyada 1 kiloqramlıq çörək  1,5 avrodan bir qədər bahadır. İspaniyada 1 avro civarındadır. Fransada da 2 avroya yaxındır. Amma hər halda, Almaniyada minimum təqaüd 900 avrodur. İndiki məzənnə ilə hesablasaq, təxminən 1500 manata yaxın vəsait edir. Bizdə də maaşlar və təqaüdlər bu dərəcədə yüksək olsaydı, çörəyin 1-2 manat olması belə, insanlar üçün problem olmazdı. Avropa, Amerika ilə qiymətləri müqayisə etmək doğru deyil. Azərbaycanı ətraf ölkələrlə müqayisə etmək daha doğru olar”.
Tanınmış jurnalist Azət Sarıyev: “Yeni Mərkəzimizə sifariş vermək istəyən ölüqa(r)x deyir ki, mən oturum yerimdə, barmağımı da tərpətməyim, heç nə etməyim, siz də məni itələyin. Adam elə bil evakuator xidməti çağırır”.
Tanınmış köşə yazarı Zamin Hacı: “Neft pulları azalanda biz birinci məktəbin, müəllimin boğazından kəsirik. Formula-1 olsun, Evrovızqon manıs yarışması olsun - belə şeylərə həmişə pul tapılır. Müəllim kimə lazımdır ki? Hökumət onsuz müəllimi sındırıb istədiyi işə alət edir, millət də çoxdan müəllimi ən hörmətsiz peşəyə çeviribdir, oğruya da “filankəs müəllim” deyə müraciət edirlər. Uşaq vaxtı biz elə bilirdik müəllim çörək yemir. İndi hökumət bunu reallaşdırır”.
Müsavat Partiyasının başqanı Arif Hacılı: “Referendum əleyhdarlarının əməkdaşlıq mərkəzini yaratmaq mümkün olmadı”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: “Səlim Müslümov falçılıqla məşğuldur”.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev: “Hələ Eldar Mahmudov utanmaz-utanmaz mənə deyir ki, bura sənə Milli Məclis deyil. Dedim, sizin əməlləriniz insanı özündən çıxarır. Onu MTN-dən aparanda tanınmaz halda idi. Eldar Mahmudov və dəstəsi millətin bəlasına çevrilmişdi. Mən yüzlərlə məmur tanıyıram ki, bunlar “vurulanda” qurban kəsdilər”.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu: “Nəhayət, Erdoğan fətullahçı adlandırdıqlarına vaxtilə yardım etdiyinə görə türk xalqından üzr istədi. İndi qaldı başqa əməllərinə görə də üzr istəyib istefa vermək. Siyasətçi üçün istefa vermək daha böyük iradə, cəsarət və qətiyyət tələb edir, nəinki hakimiyyətə gəlmək”.
 
İqtisadçı ekspert Nazim Bəydəmirli: “Mərkəzi Bank mərkəzləşdirilmiş uçot dərəcəsini artırmaqla heç bir irəliləyişə nail olmayacaq”.
 
“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu: “Əgər Rusiya-Türkiyə münasibətləri istiləşərsə, Dağlıq Qarabağ münaqişəsinin həllinə kompleks yanaşmaq olar”.
Yeni Çağ qəzetinin baş redaktoru Aqil Ələsgər: “Amerika Türkiyədə istəyinə nail olmayıb deyə, Bakıdakı balaları quduzlaşıb, kimi qapdıqlarının fərqində deyillər. 7-8 il əvvəl bir generalın məşuqəsinin sifarişi ilə yayımlanan materialı gündəmə gətirirlər. Sizin peşəkar boynunuzu yerə soxum. Sizin üçün heç bir dəyəri olmaya bilər, ancaq ANAya sataşanı Allah rəzil edər, bəndə səssiz qalsa da...”
AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Bir körpənin ancaq iki əsas problemi olur: yemək və bayıra getmək. Hərçənd... niyə ancaq körpənin?! Bütün insanların problemlərini kosmetikadan təmizləsək, yerdə yenə bu ikisi qalacaq”.
Jurnalist Fərahim İlqaroğlu: “Ərəblərin özlərini ən rahat hiss edə biləcəyi yer Kürdəmirdir. İcra başçısı indiyə kimi bir şey fikirləşməyibsə, kül təpəsinə... Bizim icra başçısı keçən il ərəblər üçün süni bataqlıq yaratmışdı... Hərəsindən bir dəfə bataqlığa girmək üçün 500 $ alırdı. Bədəvilər də, "Galik"ləri ilə girib bataqlıqda ağanaşırdılar. Bu da bizim rayonumuzun turizmə qatqısı!”
Bakı Dövlət Universitetində erməni dili və ədəbiyyatı müəllimi Xalid Bayramov:“Ermənistanda Azərbaycan dilində, türk dilində siniflər açıblar. Hətta valideyinsiz uşaqları sünnət edib, həmin siniflərdə yerləşdirirlər. Bizə qarşı kadrlar hazırlayırlar. Onlara "məhəmmədçilər" deyirlər. Orta məktəbi bitirəndən sonar isə onlara Azərbaycan və ya digər müsəlman ölkələrinin dilində ali təhsil veririlər. Oranı da bitirəndən sonra lazımı mövqelərdə yerbəyer edirlər. Casus hazırlayırlar”.
Azərbaycanın xalq artisti Fəxrəddin Manafov: “Qadın səndən, məndən, ümumiyyətlə, kişi xeylağından bütün sirlərini alandan sonra, sənin haqqında bütün məlumatları əldə etdikdən sonra, sənə olan marağı itir. Ondan sonra nə şeir, nə fəlsəfə, nə romantika köməyə gəlmir”.
Bəstəkar, müğənni Elza Seyidcahan: “Qudalarım inanmırdılar ki, mən bu qədər sadə insanam. Mənimlə qohum olandan sonra təəccüblənmişdilər ki, uşaqlarını necə ciddi tərbiyyə etmisən. Onlar müğənni övladını belə təsəvvür etmirdilər. Qayınana bütün günü əmr verib, hökmlü olmalı deyil ki...”
Yazar Şərif Ağayar: “Rafiq Tağı əməliyyatdan çıxandan sonra hamımız xeyli rahatladıq ki, hər şey arxada qaldı. Qəfil mənə zəng gəldi və palatada öldüyünü dedilər. Ölüm xəbərinə hazır deyildim. Çox pis oldum, qan təzyiqim qalxdı. O vaxtlar bir az nasaz idim, cibimdə həmişə dərman olurdu. Əl atıb dərmanı çıxaranda lap pis oldum: o dərmanı mənə Rafiq Tağı yazmışdı... Özü də qiyməti nəzərə almışdı ki, həmişə ala bilim”.
Yazar Mirmehdi Ağaoğlu: “Həyətdə qonşu ilə dayanmışıq. Başladı havadan şikayət etməyə: Buna bax da, belə isti olar, bişirik istidən, heç belə zülm olar? Dedim, ay qonşu, dünyada bizdən asılı olan o qədər şikayət etməli şey var ki, onları qoyub, bizdən asılı olmayan şeydən şikayət edirsən. Üzümə baxdı, necə? Dedim heç nə, havalar doğrudan da istidir”.
Aktyor Müşviq Şahverdiyev: “Valideynlər gedir evlənmək üçün mənə 13-14 yaşında qızlar tapır”.
 
Əməkdar artist Mətanət İsgəndərli: “Mənə Azərbaycanın Sezen Aksusu, Emel Sayını, Sibel Canı deyirlər. Fəxr edirəm bu cür sözlər eşidəndə. Onlara bənzədilmək xoşuma gəlir”.
Gülyanaq İSMAYILQIZI
pia.az






Fikirlər