Natiq Cəfərli azadlığa buraxıldı – FOTO
“Real” hərəkatının icraçı katibi Natiq Cəfərli azadlığa buraxılıb. Bu barədə vəkil Cavad Cavadlı APA-ya açıqlamasında bildirib. O qeyd edib ki, Nəsimi rayon məhkəməsi N. Cəfərli ilə bağlı həbs-qətimkan tədbirinin ləğvi barədə qərar verib. Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. N. Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.
N. Cəfərli özü isə APA-ya açıqlamasında bu qərarın Baş Prokurorluğun təqdimatı əsasında verildiyini qeyd edib.
“Lakin mənim barəmdə olan cinayət işinin araşdırılması davam edir”, – deyə o vurğulayıb.