Referendumun yekun nəticəsi BİLİNDİ

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsinin (referendum) yekun nəticəsi açıqlanıb.

AzerTaym.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 27-də keçirilmiş referendumun yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.

O bildirib, bu dəqiqələrə qədər Komissiyanın ümumi ölkə üzrə fəaliyyət göstərən 125 dairə üzrə 5627 seçki məntəqəsinin hamısından məlumatlar daxil olub.

MSK sədri əlavə edib ki, respublika üzrə seçici fəallığı 69,7 faiz təşkil edib.

 






Fikirlər