“Erkən nigahların qarşısının alınması qurulmuş ailələrin davamlılığını artırır”

 

  17-18 sentyabr 2016-cı il tarixlərində Azərbaycan Turizm və Menecment Universitetində erkən nigahların qarşısının alınması istiqamətində layihə həyata keçirilmişdir.

Qeyd edək ki, erkən nigahların qarşısının alınması mövzusunda maarifləndirici layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib gəlmiş “Erkən nigahların qarşısının alınması qurulmuş ailələrin davamlılığını artırır” adlı layihə çərçivəsində ilk növbədə 10-11 sentyabr 2016-cı il tarixlərində tələbə və gənclərə bu növzuda təlimlər keçirilmiş ekspertlərlə görüşləri təşkil olunmuşdur.  

Turnirdə 10-dan çox ali təhsil müəssisələrindən komandalar qatılmış və gənclər erkən nigahların qarşısının alınması istiqamətində öz layihə və təkliflərini vermiş və dərin müzakirələr aparmışlar.

Sonda turnirin qalibləri və layihə iştirakçıları sertifikat və medallarla təltif olunmuşlar.






Fikirlər