Bu dövlətin bankı hakerlərin nüfuz edə bilmədiyi yeganə bankdır...
Bu gün Azərbaycanda səfərdə olmuş Roma Papası Fransiskin başçılıq etdiyi sahəsi və əhalisinə görə cırtdan hesab edilən Vatikan dövləti barədə maraqlı faktlar saysız-hesabsızdır.
Moderator.az xarici konspiroloji mənbələrə əsasən belə faktlardan bəzilərini nəzərinizə çatdırır.
Bu gün konspiroloqlar dünyadakı bütün bədbəxtliklərin səbəbkarı kimi transmilli korporasiyaları, bankir ailələrini, maliyyə elitasını görürlər. Əslində Vatikanın özü də din pərdəsi altında gizlənmiş nəhəng bir mafioz korporasiyadır. Onun baş direktoru isə Papadır. Amma Papa özbaşına qərar verə bilmir. Hər şeyi Direktorlar Şurası həll edir ki, bu da kompaniyaya maya qoyan əsas investorlardan ibarətdir. Vatikanın Direktorlar Şurasının üzvləri böyük para sahibləri olan yüksək rütbəli yezuitlərdir (katolik kilsəsinin 20 minə yaxın üzvü olan kişi ruhani ordeni).
Verilmiş rəsmi rəqəmlərə görə, 2013-cü ildə Vatikanın büdcəsi 6 mlrd. avro olub. Ancaq ekspertlər hesab edir ki, gerçək rəqəm bundan 10 dəfələrlə çoxdur. Əlbəttə, sahəsi cəmi 44 ha, daimi yaşayan əhalisi isə 821 nəfər olan dövlət üçün elə 6 mlrd.- ın özü də çox nəhəng məbləğdir...
Vatikan bankını heç kəs yoxlaya bilməz...
Vatikan bankı dünyanın ən unikal bankı olmaqla heç bir maliyyə qanunvericiliyinə riayət etmir. Bankın əməkdaşlarını vergi və hüquq - mühafizə orqanlarının sorğu-sual etmək ixtiyarı yoxdur. Məhz bu səbəbdən öz maliyyə durumlarını və əməliyyatlarını gizlətməyə çalışanlar Vatikan bankına meyl edirlər. Bundan əlavə, bank müştərilər haqqında məlumatları elektron qayda ilə toplamır, bu da kompüter şəbəkələri vasitəsilə banka haker hücumunun və informasiya sızmasının qarşısını alır. Vatikan bankı heç vaxt hesabat dərc etmir. Beləliklə, bu, dünyada olan banklar arasında ən qeyri-şəffaf bankdır. Vatikan bankı “çirkli” pulları mənşələri barədə arayış tələb etmədən qəbul edərək onları “yuya” və “təmiz” şəkildə verə bilər. Odur ki, bu maliyyə qurumu katoliklərin idarə etdiyi inanclılar, biznesmenlər və korporasiyalar tərəfindən ən ideal yığım yeridir. Bu, yüz illərdən bəri fəaliyyət göstərən və külli miqdarda varidatın toplandığı nəhəng şəbəkədir.
Vatikanı Rotşild və Rokfellerlərlə toqquşduran səbəblərdən biri...
2010-cu ildə Vatikan qlobal maliyyə sənayesinə və nəhəng pul kütləsinə nəzarət edən yeni dünya Vahid Mərkəzi Bankı yaratmağa cəhd etmişdi. Təbii ki, bu Rotşildlərlə yanaşı, Rokfellerlər tərəfindən də sərt təpki ilə qarşlanmışdı.
Dünyadakı ictimai-siyasi proseslərə nəzarət etməyə çalışmaqla öz varidatını daha da artırmaq məqsədi güdən Vatikan klanı istər Rotşild, istərsə də Rokfellerlər tərəfindən daim təzyiqlərə məruz qalır. Lakin Katolik Kilsəsi hər iki rəqibinin öz aralarındakı çəkişmələrindən də yararlanmağa çalışır. Bu gün yezuitləri dünyanın 112 ölkəsində iş aparan Vatikan hegemon dövlətlərin idarə rıçaqlarını da ələ keçirmək arzusundadır.
Sultan Laçın